AZ | EN | فارسی | RU

Yeniliklər

29 .11 .2008

Medvedevin Latin Amerika səfəri və Rusiyanın çoxqütblü dünya yaratmaq cəhdləri ətraflı

24 .11 .2008

İran hara doğru gedir? -2 ətraflı

21 .11 .2008

İran hara doğru gedir? -1 ətraflı

20 .11 .2008

Əhmədinejadın səhvi ətraflı

Axtarış

 

Ünvan

Aktual

İran və Britaniya münasibətlərində yeni gərginlik
29 -11 -2008 |İRAN

Böyük Britaniyanın Xarici İşlər Naziri Devid Milbend İranın nüvə proqramını region ölkələri üçün təhlükəli hesab edərək Körfəzətarafı ölkələri bu sahədə birgə əməkdaşlıq etməyə dəvət edub. Noyabrın 24-də bölgədə səfərdə olan Britaniyalı Nazir Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abudabidə çıxış edərkən bildirmişdi ki, İranın nüvə silahlarına yiyələnməsi Yaxın Şərqin və bütünlükdə dünyanın təhlükəsizliyinə ciddi zərbə vuran amildir. O həmçinin bildirib ki, Britaniya problemin müzakirə yolu ilə həllinə tərəfdar olsalar da, danışıqların təsirli olması üçün bir sıra şərtlərin icrası lazımdır. Bunun üçün İran BMT Təhlükəsizlik Şürası ilə əməkdaşlıq etməli və Uranın zənginləşdirilməsini dayndırmalıdır. Əks halda indiki siyasətin davametdirilməsi İranı təklənməyə və hərbi müdaxiləyə doğru aparır. O BƏƏ-nin Strateji Araşdırmlar Mərkəzində çıxış edərkən ölkəsinin, Körfəzətrafı ölkələrlə İranın nüvə proqramı ətrafında yaranmış problemin həlli ilə bağlı əmakdaşlıq etməsinə maraqlı olduğunu bildirib. Milibend İranın inadkarlığının, bu istiqamətdə fəaliyyət göstərənlərin müsbət işlərinə ciddi zərbə olduğunu bəyan edərək, Körfəzətrafı və digər Ərəb ölkələrini İrana qarşı sanksiyalari dəstəkləməyə və bu barədə ciddi addımlar atmağa dəvət edib.

 


Rusiya-Ukrayna münasibətlərində “qış fəsli” başladı
26 -11 -2008 |RUSİYA

Havaların soyumağa başlaması ilə birlikdə, Rusiya-Ukrayna münasibətlərində son 5 ilin ənənəvi buzlanma mövzusu olan “qaz borcu” məsələsi yenidən gündəmə gəldi. Rusiya Prezidenti  Dmitri Medvedev 20 noyabrda “Qazprom” şirkətinə verdiyi təlimatda, Ukraynanın bu ölkəyə olan 2,4 milyard dollar qaz borcunu konüllü yada zorla qaytarmasına nail olunmasını istədi. Medvedevin bu təlimatı Qazprom Prezidenti Aleksey Millerin “Naftoqaz Ukrainı” şirkətinin rəhbəri Oleq Dubina ilə 18-19 noyabr tarixlərində keçirilən, ancaq nəticəsiz başa çatan müzakirələrin ardından baş verməsi, diqqətlərdən qaçmadı.

 


Ermənistan İranla yeni sənədlər imzaladı
25 -11 -2008 |ERMƏNİSTAN

Noyabrın 24-də Ermənistan Milli Təhlükəsizlik Şurasının rəhbəri Artur Bağdasaryan İrana səfər edərək həmkarı və İranın digər dövlət nümayəndələri ilə görüşlər keçirmişdir. İranda keçirdiyi görüşlərin çox faydalı olduğunu bildirən Bağdasaryan, Ermənistanın “İranın sivil nüvə proqramını dəstəklədiyini” bildirmişdir. O eyni zamanda İranın “Qafqazdakı təhlükəszilik məsələlərinin həllindəki fəallığını” müsbət qarşıladıqlarını da qeyd etmiş və İranı daha da fəal olmağa çağırmışdır. Xatırladaq ki, Noyabrın 20-də xarici jurnalistlər üçün mətbuat konfransı keçirən İİR Xarici İşlər Naziri Manuçöhr Mottaki İranın Qafqazda mövqeyini gücləndirmək istəyini və problemlərin həllində vasitəçilik etmə arzusunu ifadə etmişdi.

 



Strateji icmallar


Medvedevin Latin Amerika səfəri və Rusiyanın çoxqütblü dünya yaratmaq cəhdləri
29 -11 -2008 |RUSİYA

Rusiya Prezidenti Dmitri Medvedev 20-27 Noyabr tarixləri arasında Latin Amerikaya səfər edərək  Peru, Braziliya, Venezuela və Kubada rəsmi müzakirələr apardı. Strateji baxımdan Medvedevin səfərinin əsas məqsədi ABŞ üçün böyük önəmə malik və ənənəvi olaraq “ABŞ-ın yaxın çevrəsi” olaraq qəbul edilən Latın Amerikada Rusiyanın təsirini gücləndirmək idi. İqtisadi cəhətdən isə səfər Rusiyanın Latın Amerika ölkələri ilə bu il toplamda 15 milyard dollar olması gözlənilən ticarət həcminin daha da böyüdülməsi məqsədini daşıyırdı. Tarixdə Sovet və Rusiya liderləri tərəfindən bu bölgəyə edilmiş ən uzun müddətli və ən geniş coğrafiyanı əhatə edən səfərin mühüm məqsədlər daşıdiğı elə Rus rəsmilər tərəfindən də açıqca elan edilmişdi. Hələ səfər vaxtı Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin Sədri Mixail Margelov dünyanın coxqütblu sistemə keçdiyini və Latin Amerikanın da bu prosesdə mühüm rolunun olduğunu vurğuladı. Margelov Rusiyanın Asiya və Afrikadan sonra Latın Amerikaya da geri döndüyünü elan etdi. Rusiya Prezidenti Medevedev də 27 noyabrda Kubada bölqəyə səfərinin nəticələrinə dair mətbuat konfransında Latın Amerika ilə hətta Sovet dövründən daha möhkəm və geniş çərçivəli münasibətlər sistemi quracaqlarını açıqladı. Latın Amerika səfərinin ciddi geosiyasi qərar olduğunu vurğulayan RF prezidenti bölgədə güclənmək üçün ABŞ və Çinlə rəqabət etməkdən çəkinmədiklərini də bildirdi.

 


İran hara doğru gedir? -2
24 -11 -2008 |İRAN

İqtisadi çətinliyin törədə biləcəyi üsyanlar

Məlumdur ki, hər bir iqtisadi tənəzzülün arxasınca ictimai etirazlar başlayır. İşsizlik, gəlirlərin azalması, inflyasiya və bunların ardınca ictimai problemlərin meydana gəlməsi narazi kütlənin açıq etirazlar aksiyalarına başlamasına səbəb olar. İranda “kor ictimai üsyanların” ənənəsi mövcuddur. “İslam İnqilabı”ndan sonra Haşimi Rəfsəncaninin prezidentliyi dövrdə inflyasiyanın yüksəlməsi və bundan irəli gələn ictimai problemlər bir sıra böyük şəhərlərdə, o cümlədən Tehran (eyni zamanda, Tehranın İslamşəhr və Əkbərabad məntəqələrində), Məşhəd, Şiraz, Qəzvin, Təbriz və digər yerlərdə ictimai etirazların başlamasına səbəb olmuşdu. Bu etirazlar tez bir zamanda kütləvi üsyanlara çevrildi. Bu üsyanlar zamani kütlə çoxlu mali ziyanlar yaratdı. Sonunda çətinliklə də olsa hakimiyyət bu üsyanları yatırda bildi.

 


İran hara doğru gedir? -1
21 -11 -2008 |İRAN

İran inqilabından bir neçə il əvvəl İranın neft gəlirləri həddindən artıq çoxalmışdı. Bunu fürsət bilən Şah rejimi böyük layihələr həyata keçirməyə başlamışdı. Amma 1976, 1977 və 1978-ci illərdə neftin qiyməti sürətlə ucuzlaşmağa başladı. Şahın başlatdığı bütün layihələr iflasa uğradı. “Müasir İran” layihəsi isə tam dayandırıldı. Bundan sonra başlayan etirazlar az bir zamanda inqilabla nəticələndi və İran Şahı ən güclü olduğu bir zamanda hakimiyyətdən getməli oldu. Son dövrlərdə dünyada və İranda baş verənlərə baxdıqda sadəcə iqtisadi proseslər mənasında tarixin yox, həm də dünyada oynanan böyük siyasi oyunların təkrar olunduğunu müşahidə etmək mümkündür.

 



Analitik bülletenlər

Türkiyə-İran Münasibətləri: \"Təhlükəli qonşular\"
12 -07 -2008 |TÜRKİYƏ

Türkiyə və İran Qafqazda və Yaxın Şərqdə tarixən rəqabət aparan iki qonşu dövlətdir. İki ölkə arasında  uzunluğu 450 km olan quru sərhəddi var. Bu sərhəd  1639-cu ildə Osmanlı ilə Səfəvi arasında imzalanan Qəsri Şirin müqaviləsiylə müəyyənləşdirilmişdir. Türkiyə və İran arasındakı ticarət dövriyyəsinin həcmi hazırda 7 milyard dolara çatır və 2010-cu ilə qədər bu həcmin illik 10 milyard dollara çatdırlması planlaşdırılır.

 


Rusiya-İran Strateji Münasibətləri
14 -06 -2008 |RUSİYA

Soyuq müharibənin başa çatmasından sonra beynəlxalq münasibətlər sisteminin yeniden formalaşması prosesi yeni güc təmərküzləşmələrini və müxtəlif ölkələrin yeni münasibətlər sistemini qurma ehtiyacını gündəmə gətirdi. Yeni dövr ABŞ-in tək qütüblü dünya qurma təşəbbüsləri, AB-nin qlobal aktyor olma arzusu, Çinin və Hindistanın əhalisinin çoxluğu və sürətli iqtisadi inkişafı, Yaponiyanın rol arayışı və Rusiyanın bu prosesdə fəal iştirak arzusu ilə səciyyələnməkdədir. Bu prosesdə əsas mübarizə mərkəzlərindən biri kimi dünya enerji ehtiyatların büyük bir hissəsinin yerləşdiyi Yaxın Şərq və Xəzər bölgələri böyük önəm qazandı. Beynəlxalq münasibətlər sisteminin gələcək taleyinin müəyyənləşdirilməsində mühüm əhəmiyyətə malik olan bu coğrafiyadakı güc mübarizəsində bölgə xaricindən bir gücün, yəni fövqəldövlət ABŞ-ın fəallığına qarşı ənənəvi bölgəsəl güc İran ilə SSRI-nin dağılması ilə fövqəldövlət statusunu itirərək özünə yeni rol axtarışında olan Rusiyanın münasibətləri xüsusi diqqət cəlb etməkdədir. Bu yazıda Rusiya və İran arasındakı bu münasibətlərin xarakteri və əməkdaşlıq prosesi təhlil ediləcəkdir.