eng | pyc
Kateqoriya: Konfranslar, iclaslar 
«LİBCOM- 2008» XII Beynəlxalq konfrans və sərgi keçirilmişdir
16:26 (01.12.2008)
2008-ci il noyabr ayının 17-dən 21-dək Moskva vilayətinin Zveniqorod şəhərində «Kitabxanalar üçün informasiya texnologiyaları, kompüter sistemləri və nəşr məhsulları» mövzusunda «LİBCOM – 2008» XII Beynəlxalq konfrans və sərgi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasını 8 nəfərdən ibarət nümayəndə heyəti təmsil etmişdir.
Kateqoriya: Konfranslar, iclaslar 
17:20 (28.11.2008)
28 noyabr 2008-ci il tarixdə AMEA Rəyasət Heyətində YUNESKO-nun himayəsi altında, “Dünya fəlsəfəsi” tədbirləri çərçivəsində “Dünya fəlsəfəsi kontekstində İslam bölgəsi fəlsəfəsinin tədqiqi və tədrisi problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi. İki gün davam edəcək tədbirdə Böyük Britaniya, Kanada, Türkiyə, İran və Rusiyadan olan tanınmış alim və mütəxəssislər, tədqiqatçılar iştirak edirdi.
Kateqoriya: Maraqlı məlumatlar 
16:03 (28.11.2008)
Analar günü - anaların şərəfinə keçirilən beynəlxalq bayramdır. Həmin gün beynəlxalq qadınlar günündən fərqli olaraq, anaları və hamilə qadınları təbrik etmək qəbul olunub.
Kateqoriya: Konfranslar, iclaslar 
17:16 (27.11.2008)
24 -26 noyabr tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) professor-müəllim heyətinin 2008-ci il üçün elmi-tədqiqat işlərinin hesabat konfransı keçirilmişdir. Konfransın plenar iclasını giriş sözü ilə açan universitetin Elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Maral Manafova universitetdə müasir dövrün tələblərinə cavab verən fundamental, tətbiqi və innovasiya xarakterli elmi araşdırmaların sayının artdığını bildirdi.
Kateqoriya: Konfranslar, iclaslar 
15:58 (27.11.2008)
26 noyabr 2008-ci il tarixdə AMEA Rəyasət Heyətinin növbəti iclası keçirildi. İclasda “Müasir idrak nəzəriyyəsində elmlərin inteqrasiyası - problemlər, perspektivlər” elmi məruzəsi ilə çıxış edən fəlsəfə elmləri doktoru Füzuli Qurbanov müxtəlif elm sahələri arasında əlaqələrin intensivləşməsinin idrakın mahiyyəti, məzmunu və funksiyası ilə bağlı yeni təsəvvürlərin formalaşmasına yol açdığını bildirdi.
Kateqoriya: Mühüm hadisələr 
12:16 (27.11.2008)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 noyabr 2008-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası ilə Ukrayna arasında elmi əlaqələrin inkişafındakı xüsusi xidmətlərinə görə Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) prezidenti akademik Boris Paton “Şöhrət” ordeni ilə təltif edilib. Onu da qeyd edək ki, B.Paton 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir.
Kateqoriya: Mühüm hadisələr 
15:18 (25.11.2008)
Fizika-riyaziyyat elmləri doktoru, professor Kərim Allahverdiyev Avropa Elmlər Akademiyasının (AEA) həqiqi üzvü seçilib. Bu münasibətlə AEA-nın prezidenti Helen de Rod tərəfindən AMEA Rəyasət Heyətinə təbrik məktubu göndərilib.
Kateqoriya: Elanlar 
16:59 (21.11.2008)
AMEA prezidenti akademik Mahmud Kərimov Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) üzv dövlətlərin səlahiyyətli nümayəndələr komitəsinin növbəti sessiyasında iştirak etmək üçün dünən Dubna şəhərinə (Rusiya) yola düşüb.
Kateqoriya: Elanlar 
15:49 (21.11.2008)
Dünən AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov Elm texnologiyasının İnzibati Şurasının yekun iclasında iştirak etmək üçün Ukraynanın Kiyev şəhərinə yola düşüb.
Kateqoriya: Elanlar 
15:06 (21.11.2008)
28 noyabr 2008-ci il tarixdə AMEA Rəyasət Heyətində “Dünya fəlsəfəsi kontekstində İslam bölgəsi fəlsəfəsinin tədqiqi və tədrisi problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Kateqoriya: Nəşrlər 
13:28 (19.11.2008)
Hər bir xalq öz dahi şəxsiyyətləri ilə tanınır və tarixdə əbədi yaşayır. Azərbaycan xalqının da dünya durduqca yaşayacaq və adı ilə fəxr ediləcək görkəmli övladları çoxdur.
Bu gün 02/12/2008
Hava
Bakı 8..12° C
Gəncə: 6..14° C
Naxçıvan: -2..8° C
NATO
AZERBAIJAN E-CONTENT AWARD 2005
IAEA
NASA
UNESCO
INTAS
CORDIS
ANSF
CRDF
ISTC
© 2003-2008 İnformasiya Texnologiyaları İnstitutu