İKI TÜRK ƏSGƏRININ QƏHRƏMANLIĞI 100 TÜRK ƏSGƏRININ HƏYATINI XILAS EDIB

November 21, 2008 on 6:34 pm   |   28 nəfər oxuyub

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah noyabrın 19-da Diyarbəkirin Licə qəsəbəsi ərazisində 2 türk əsgərinin şəhid olması ilə nəticələnən insidentə aydınlıq gətirib. APA-nın xəbərinə görə, məlum olub ki, PKK-çılar bomba yüklənmiş avtomobillə jandarma zastavasına qarşı terror aksiyası həyata keçirmək və təxminən 100 əsgəri öldürməyə cəhd ediblər. Amma onların planlarını postda dayanan 2 əsgər pozub. Mətnin ardı…

VIKTOR YUŞŞENKO RUSIYAYA OLAN BORCA GÖRƏ YULIYA TIMOŞENKONUN MƏSULIYYƏT DAŞIDIĞINI BILDIRIB

November 21, 2008 on 6:13 pm   |   23 nəfər oxuyub

Ukrayna prezidenti Viktor Yuşşenko Yuliya Timoşenko hökumətini qeyri-peşəkar enerji siyasəti aparmaqda ittiham edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında çıxış edən V. Yuşşenko Rusiya prezidenti Dmitri Medvedevin Ukraynanın “Qazprom”a olan borcu ilə bağlı bəyanatına münasibət bildirib. Mətnin ardı…

“QAZPROM” UKRAYNAYA SATDIĞI TƏBII QAZIN QIYMƏTINI AZI 400 DOLLARA QALDIRACAQ

November 21, 2008 on 6:11 pm   |   5 nəfər oxuyub

Rusiyanın “Qazprom” şirkəti 2009-cu ilin yanvarından etibarən Ukraynaya təbii qazın hər min kubmetrini azı 400 dollardan satmağa hazırlaşır. APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Qazprom”in İdarə Heyətinin sədri Aleksey Miller prezident Dmitri Medvedevlə görüşündən sonra deyib. Mətnin ardı…

RUSİYA DÖVLƏT DUMASİ PREZİDENTİN VƏ DEPUTATLARİN SƏLAHİYYƏT MÜDDƏTİNİ ARTİRİB

November 21, 2008 on 6:08 pm   |   3 nəfər oxuyub

Rusiya Dövlət Duması prezidentin səlahiyyət müddətinin 4 ildən 6 ilə, parlamentin səlahiyyət müddətinin isə 4 ildən 5 ilə çatdırılması ilə bağlı Konstitusiya dəyişikliklərini sonuncu - üçüncü oxunuşda da təsdiqləyib. Mətnin ardı…

SƏRDAR CƏLALOĞLU MİLLİ DEMOKRATİYA İNSTİTUTUNUN AZƏRBAYCAN ÜZRƏ DİREKTORU İLƏ GÖRÜŞÜB

November 21, 2008 on 6:00 pm   |   5 nəfər oxuyub

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu gün ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan üzrə direktoru Arjen de Volffla görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri, ABŞ-la Azərbaycan arasında siyasi əlaqələrin perspektivləri, Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət, MDİ ilə ADP arasında əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlərin davam etdirilməsi məqsədəuyğun hesab edilib.

BAXCP AZƏRBAYCAN HÖKUMƏTİNİ VƏ MİLLİ MƏCLİSİ “QOLODOMOR”U TANİMAĞA ÇAĞİRİR

November 21, 2008 on 5:55 pm   |   6 nəfər oxuyub

Dekabrın 6-da Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisinin növbəti iclası keçiriləcək. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu qərar BAXCP-nin İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib. İclasda, həmçinin, 1932-33-cü illərdə Ukrayna xalqına qarşı törədilən cinayətlərlə bağlı müzakirə aparılıb. Mətnin ardı…

BMT BAŞ KATİBİ 10 DEKABR - İNSAN HÜQUQLARİ GÜNÜ MÜNASİBƏTİLƏ DÜNYA ÖLKƏLƏRİNƏ MÜRACİƏT EDİB

November 21, 2008 on 5:50 pm   |   23 nəfər oxuyub

BMT-nin baş katibi Pan Gi Mun 10 dekabr - İnsan Hüquqları Günü və İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin 60 illiyi münasibətilə dünya ölkələrinə müraciət göndərib. BMT-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: “İkinci Dünya Müharibəsindən sonrakı məhrumiyyət və dağıntı dövründə hazırlanan Bəyannamə özündə insanlığın gələcək tərəqqi, ləyaqət və dinc yanaşı yaşama cəhdlərini əks etdirir. Mətnin ardı…

ABŞ-İN İKT-DƏKİ NÜMAYƏNDƏSİ: “AZƏRBAYCAN DİNİ TOLERANTLİĞİN SƏVİYYƏSİ İLƏ FƏXR EDƏ BİLƏR”

November 21, 2008 on 5:35 pm   |   6 nəfər oxuyub

ABŞ-ın İslam Konfransı Təşkilatındakı nümayəndəsi, səfir Sado Kamber Azərbaycanda səfərdədir. Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, tanışlıq məqsədi daşıyan səfər çərçivəsində o bu gün Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşüb. S. Kamber Azərbaycandakı dini durumla maraqlanıb. Mətnin ardı…

İSTANBULDA TÜRKDİLLİ ÖLKƏLƏRİN PARLAMENT ASSAMBLEYASİNİN YARADİLMASİ İLƏ BAĞLİ TOPLANTİ KEÇİRİLİR

November 21, 2008 on 5:32 pm   |   6 nəfər oxuyub

Türkiyənin İstanbul şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÖ PA) yaradılması ilə bağlı toplantı keçirilir.
Azərbaycanının İstanbuldakı baş konsulu Səyyad Aran APA-ya açıqlamasında müzakirələrin birinci hissəsinin artıq başa çatdığını, ilk hissədə Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın çıxış edərək sözügedən qurumun yaradılmasının vacib olduğunu bildirdiyini deyib. Mətnin ardı…

AZƏRBAYCAN PAYTAXTİNDA 25 YAŞLİ GƏNC QƏTLƏ YETİRİLİB

November 20, 2008 on 6:39 pm   |   9 nəfər oxuyub

Azərbaycan paytaxtında 25 yaşlı gənc qətlə yetirilib. Binəqədi Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gecə rayonun 1-ci Mədən adlanan ərazisində baş verib. Bu ərazidə yaşayan 1983-cü il təvəllüdlü Əvəz Ənvər oğlu Əzimov naməlum şəxslər tərəfindən bıçaqla öldürülüb. Mətnin ardı…

“AKKORD”UN MƏRKƏZİ OFİSİNDƏ YANĞİN OLUB

November 20, 2008 on 6:32 pm   |   5 nəfər oxuyub

Dünən saat 20.00 radələrində “Akkord” İnşaat-Sənaye ASC-nin Yasamal rayonu, Əzizbəyov prospekti 520-ci məhəllə, bina 20-də yerləşən 5 mərtəbəli mərkəzi ofisinin zirzəmisində yerləşən nasosxanada qısa qapanma nəticəsində yanğın baş verib.
Bu barədə APA-ya “Akkord” İnşaat-Sənaye ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyeva bildirib. Mətnin ardı…

PREZİDENT APARATİNİN ŞÖBƏ MÜDİRİ: “HAKİMİYYƏTLƏ SİYASİ QÜVVƏLƏR ARASİNDA DANİŞİQLAR APARİLMASİNA LÜZUM GÖRMÜRÜK”

November 20, 2008 on 6:29 pm   |   4 nəfər oxuyub

“Azərbaycanda hazırda hakimiyyətlə siyasi qüvvələr arasında danışıqlar aparılmasına lüzum görmürük”.
APA-nın xəbərinə görə, bunu Prezident Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərin Ermənistanda hakimiyyətlə siyasi qüvvələr arasında danışıqların aparılması, Azərbaycanda da belə bir addımın atılıb-atılmayacağı barədə suallarını cavablandırarkən deyib. Mətnin ardı…

ROBERT KÖÇƏRYANİN OĞLU “EUROVİSİON-2008”İN İŞTİRAKÇİSİ SİRUŞO İLƏ NİŞANLANİB

November 20, 2008 on 6:28 pm   |   14 nəfər oxuyub

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon və məşhur erməni müğənnisi, “Eirovision-2008” mahnı müsabiqəsinin iştirakçısı Siruşo nişanlanıblar. APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, nişan mərasimi noyabrın 15-də İrəvanda keçirilib. Mətnin ardı…

ABŞ-DA 14 YAŞLİ QİZ ÜRƏYİ OLMADAN 118 GÜN YAŞAYİB

November 20, 2008 on 6:18 pm   |   9 nəfər oxuyub

Mayamidə ürəyin köçürülməsi əməliyyatı uğursuz nəticələnən 14 yaşlı qız ürək olmadan 118 gün qan vuran alətin hesabına yaşayıb. APA-nın məlumatına görə, Mayami Universiteti Cekson Memorial Tibb Mərkəzinin həkimləri bu hadisənin dünyada analoqu olmadığını bildiriblər. Ürək olmadan yaşayan qızın üzərində 118 gün sonra yenidən transplantasiya əməliyyatı aparılıb və bu əməliyyat uğurla başa çatıb. Mətnin ardı…

NATO PA GÜRCÜSTANİN HƏRBİ ALYANSA QƏBULUNU DƏSTƏKLƏYƏN BƏYANNAMƏ QƏBUL EDİB

November 20, 2008 on 6:15 pm   |   4 nəfər oxuyub

NATO Parlament Assambleyasının Valensiyada keçirilən plenar sessiyasında Gürcüstan-Rusiya münaqişəsinə dair xüsusi bəyannamə qəbul olunub. APA-nın məlumatına görə, qətnamədə bildirilir ki, Rusiya hələ münaqişədən əvvəl Abxaziya və Cənubi Osetiya ərazisində sülhməramlı qüvvələrin sayını normadan çox-çox artırıb: “Avqustda gürcü kəndlərinə hücum edənlər Gürcüstanı təxribata sürükləyiblər, təəssüf ki, rəsmi Tiflis bu təxribatlara hərbi güc tətbiqi ilə cavab verib”. Mətnin ardı…

BARAK OBAMA “HYATT” OTELLƏR ZƏNCİRİNİN SAHİBİNİ ABŞ-İN TİCARƏT NAZİRİ TƏYİN EDƏCƏK

November 20, 2008 on 6:13 pm   |   8 nəfər oxuyub

ABŞ-ın yeni seçilmiş prezidenti öz administrasiyasının əsas fiqurlarını təyin edib. APA-nın məlumatına görə, prezidentin baş müşaviri vəzifəsinə Devid Akselrod, administrasiya personalının rəhbəri postuna Liza Braun, hüquqi məsələlər üzrə müşavir postuna Qreq Kreyq, Nazirlər Kabinetinin katibi postuna Kris Lyu təyin olunub. Mətnin ardı…

ABŞ-DA KEÇİRİLMİŞ PREZİDENT SEÇKİLƏRİNİN YEKUN NƏTİCƏLƏRİ AÇİQLANİB

November 20, 2008 on 6:10 pm   |   3 nəfər oxuyub

ABŞ-da noyabrın 4-də keçirilmiş prezident seçkilərinin nəticələrinin hesablanması rəsmən başa çatıb.
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, yekun nəticəyə əsasən Barak Obama 365 “xüsusi seçici”nin, Con Makkeyn isə 173 “xüsusi seçici”nin səsini alıb. Mətnin ardı…

ERMƏNİSTAN SİLAHLİ QÜVVƏLƏRİ AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİNİ AVTOMAT VƏ PULEMYOTLARDAN ATƏŞƏ TUTUB

November 20, 2008 on 6:07 pm   |   5 nəfər oxuyub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub. Düşmən bölmələri noyabrın 19-da saat 16.50-dən 17.10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.10-dan 17.20-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Mətnin ardı…

ALEKSEY OSTROVSKİ: “KONSTANTİN ZATULİNİN FİKİRLƏRİNİN RUSİYANİN MÖVQEYİ İLƏ HEÇ BİR OXŞARLİĞİ YOXDUR”

November 20, 2008 on 6:05 pm   |   3 nəfər oxuyub

“Konstantin Zatulinin Ermənistanda səsləndirdiyi fikirlər bir vətəndaş və deputat kimi onun şəxsi mövqeyidir. Bu fikirlərin nə Dövlət Duması, nə MDB işləri üzrə Komitə, nə də Rusiya Federasiyasının mövqeyi ilə heç bir oxşarlığı yoxdur”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında Rusiya Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin sədri Aleksey Ostrovski deyib. Mətnin ardı…

ELNUR ASLANOV: “İŞĞAL ALTİNDA OLAN BÜTÜN TORPAQLAR GERİ QAYTARİLANA QƏDƏR AZƏRBAYCAN MÜBARİZƏSİNİ DAVAM ETDİRƏCƏK”

November 20, 2008 on 6:02 pm   |   4 nəfər oxuyub

“Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu ölkənin ayrılmaz hissəsi hesab edir”. APA-nın xəbərinə görə, bunu Prezident Aparatı siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. Mətnin ardı…

QARAKƏND SƏMASİNDA “Mİ-8” HƏRBİ VERTOLYOTUNUN VURULMASİNDAN 17 İL ÖTÜR – HƏLAK OLANLARİN TAM SİYAHİSİ

November 20, 2008 on 6:02 pm   |   21 nəfər oxuyub

Bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür.
APA-nın məlumatına görə, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mİ-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 17 il ötür. Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Mətnin ardı…

AZƏRBAYCAN DÖVLƏT BAŞÇİSİ ASİYA İNKİŞAF BANKİNİN PREZİDENTİNİ QƏBUL EDİB

November 20, 2008 on 5:52 pm   |   3 nəfər oxuyub

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 20-də Asiya İnkişaf Bankının (AİB) prezidenti Haruhiko Kurodanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycanda sürətli iqtisadi inkişafın şahidi olduğunu deyən qonaq xüsusilə Bakının onda xoş təəssürat doğurduğunu bildirib Mətnin ardı…

VƏLİ QASİMOV: “BAŞ MƏŞQÇİ NƏ ETDİYİNİ DAHA YAXŞİ BİLİR”

November 5, 2008 on 3:29 am   |   40 nəfər oxuyub

“Mən Gedenin işinə qarışa bilmərəm. Baş məşqçi kimi nə etdiyini daha yaxşı bilir. Ona bəyənmədiyi futbolçunu komandada saxlamağı necə deyə bilərəm?” Bunu “APA-Sport”a açıqlamasında “Neftçi” klubunun idman direktoru Vəli Qasımov deyib. Mətnin ardı…

İLHAMƏ QULİYEVA: “İNSANLAR SAÇİMDAN, DİZİMDƏN, ƏLİMDƏN ÖPÜRDÜLƏR…”

November 5, 2008 on 3:27 am   |   179 nəfər oxuyub

“Bu gün adımın qarşısında nə Azərbaycanın və Dağıstanın xalq artisti, nə də çoxsaylı titulların deyilməsinə ehtiyacım var. Çünki mən artıq İlhamə Quliyeva olaraq özümü təsdiq etmişəm. 43 ildir ki, professional səhnədəyəm, bu illər mənim üçün bir qazanc olub”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan və Dağıstanın xalq artisti İlhamə Quliyeva deyib. Mətnin ardı…

ADİL ƏLİYEV: “NƏRİMANOV SAKİNLƏRİ “ƏBU BƏKR” MƏSCİDİNİN AÇİLMASİNİ İSTƏMİRLƏR”

November 5, 2008 on 2:53 am   |   55 nəfər oxuyub

“Deputatı olduğum Nərimanov rayon sakinləri “Əbu Bəkr” məscidinin açılmasını istəmirlər. Həmin ərazidə yaşayan insanları çox yaxşı tanıyıram. Məscidin bağlı qalması onların ürəyindəndir”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü Adil Əliyev bildirib. Mətnin ardı…

RUSİYA HƏRBİ KƏŞFİYYATİ QAFQAZİ NƏZARƏTDƏ SAXLAYİR

November 5, 2008 on 2:48 am   |   16 nəfər oxuyub

“Hərbi kəşfiyyat Rusiyanın qarşılaşdığı yeni təhlükə və çağırışlara preventiv reaksiya potensialının gücləndirilməsinə, eləcə də dünyadakı hərbi-siyasi və hərbi-strateji vəziyyətin qiymətləndirilməsinə xüsusi diqqət yetirir. Mətnin ardı…

QÜDRƏT HƏSƏNQULYEV: “BÖYÜK QURULUŞ PARTİYASİ VƏ AYDİNLAR PARTİYASİ İLƏ BİRLİK YARATMAQ MƏSƏLƏSİNİ BİR DAHA QALDİRMAYACAĞİQ

November 5, 2008 on 2:47 am   |   66 nəfər oxuyub

“Böyük Quruluş Partiyası və Aydınlar Partiyası ilə birlik yaratmaq üçün bu partiyaların rəhbərləri ilə danışıqlar aparmışdım və onlar razılıq vermişdilər. Amma sonradan Fazil Qəzənfəroğlu və Qulamhüseyn Əlibəyli mətbuata verdikləri açıqlamalarda tamam fərqli mövqe nümayiş etdirdilər”. Mətnin ardı…

MİRMAHMUD MİRƏLİOĞLU: “AZƏRBAYCAN MÜXALİFƏTİ VƏ İQTİDARİ ÖZ UNİKALLİĞİ İLƏ SEÇİLİR”

November 5, 2008 on 2:44 am   |   23 nəfər oxuyub

“Müxalifətin birliyi mühümdür, vacibdir və arzu olunandır. Ancaq bu istiqamətdə aparılan cəhdlər nəticə vermədikdə, problem yaratmağa ehtiyac yoxdur”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O, hazırkı vəziyyətdə müxalifətin birliyini vacib saysa da, bu prosesin çətinliyini də qeyd edib. Mətnin ardı…

LALƏ ŞÖVKƏT MÜXALİFƏTİN ƏMƏKDAŞLİQ MƏRKƏZİNİN “AZADLİQ” BLOKU ADİ ALTİNDA FƏALİYYƏT GÖSTƏRMƏSİNİ TƏKLİF EDİR

November 5, 2008 on 2:44 am   |   12 nəfər oxuyub

“Müxalifətin hər hansı başqa birliyinin yaranması naminə “Azadlıq” blokunun fəaliyyəti dayandırılmamalıdır. Əksinə, biz bu blokun fəaliyyətini uzun müddət davam etdirmək fikrindəyik”. Bunu APA-ya açıqlamasında “Azadlıq” blokunun həmtəsisçilərindən olan Milli Birlik Hərəkatının lideri Lalə Şövkət deyib. Mətnin ardı…

DEPUTAT: “2009-CU İLİN DÖVLƏT BÜDCƏSİNDƏ NEFTİN QİYMƏTİNİN 60-70 DOLLAR CİVARİNDA GÖTÜRÜLMƏSİNİ TƏKLİF EDƏCƏYİK”

November 5, 2008 on 2:43 am   |   9 nəfər oxuyub

Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvləri 2009-cu ilin dövlət büdcəsində neftin qiymətinin 60-70 dollar civarında götürülməsi təklifi ilə çıxış edəcəklər. Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının üzvü Vahid Əhmədov APA-ya bildirib ki, gələn ilin büdcə layihəsində neftin qiyməti 1 barel üçün 80 dollardan hesablanıb, lakin hazırda dünyada qara qızılın qiymətində ucuzlaşma baş verdiyindən bu amilin nəzərə alınmasını vacibdir: “Hər şey noyabrın 6-da keçirilən müzakirələr zamanı bəlli olacaq” Mətnin ardı…

Sonrakı səhifə »

Versiya.az - Bizim versiyamız fakta söykənir

Bütün hüquqlar qorunur