Reklam verin!
 Odlar Yurdu, Azərbaycan : Ayriliq

Odlar Yurdu, Azərbaycan

Ayriliq

Blog Haqqında

Shervin
Ayriliq

Axtarış

Açar sözlər

Sayqaç

  • İndi blogda: 9
  • Keçən ayın hiti: 1650
  • Dünənki hit: 54
  • Bugünki hit: 45
  • Ümumi hit: 8775

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

Ququş – Tehrandan dünyaya dərd daşıyan səs...

Shervin
Noyabr 15, 2008 20:52

Gugus

Yazar: Aydın Canıyev
(
lalley-ac@mail.ru)

 

...Mən fars dilini öyrənməkdən vaz keçdim. Əslində bu dili ÖYRƏNMƏK mənə lazım deyildi – az-çox söz ehtiyatımı artırmaq, bir az da arxaik leksikonlarla tanışlığım yetərli olardı. Lakin mən bunu eləməməyi üstün saydım: ictimai-siyasi formasiyanın dəyişdiyi bir ərəfədə “Ettelaat” və “Sepah-e Pasdaran” ölkədə əl-qol açmışdı! Zaman qarışıq idi!

İllər boyu bəşəriyyəti, eləcə də məni həm gənclik illərimdə, həm də indi maraqlandıran O ÜLVİ SUALIN QURULUŞUNU ifadə edən mahnını da başa düşmək üçün öyrənmədim. O suala Ququş “Sual” mahnısında quruluş vermişdi. Dinləyirdim – duyaraq və başa düşmədən!!! Mən hətta Ququşun xətrinə də o dili öyrənmədim. Fəqət... bütün gəncliyim, elə indiki yaşamım da bu SƏS SƏRKƏRDƏSİnin ƏSİRLİYİNDƏ keçir!!!

Həmkarımız Elbrus Əruddan fərqli olaraq, Ququşun SD-sini almaq üçün İrana da getmədim! Bu günə qədər... adına İran deyilən Azərbaycana elə Azərbaycan deyilən Azərbaycan kimi gedəcəyim arzumun çağını gözləyərək (“qismət olmaz”la bərabər, “bilmək olmaz” da demək olar yəqin).
İndilik isə...

“Otağım”

da, Ququş oxuyurmuş kimi, düşünürəm: “Roma, Nyu-York, Paris, Elisey meydanı-Şanzelize, Los-Anceles, London – dünyanın heç yeri mənə doğma olmadı! Bircə otağını da sığınacaq bilmədim bu şəhərlərin...”

Əbədi sualın düyününü aça bilməmək əzabı Ququşu dinləməklə ovunur:
“Hansı küçədə, şəhərdə axtarım Səni, ətrini hansı güldən alım, fal açıb hansı ulduzdan, kimdən səni soruşum, nəyi, necə soruşum Səndən, müqayisə edə bilmədiyim, ey VAR OLUB DA GÖRÜNMƏYƏN, qaranlıq dərənin dibinəmi, yoxsa Günəşin zirvəsinəmi haray çəkim? Bircə Səni görsəydim...”

Ququşu Ona görə sevmədim ki, ağıllı-ağıllı suallar verir, ağrılı-acılı əzabları səlis ifadə edir, yainki də yaxşı mərsiyəxanlıq edir. Yox! Heç qadın kimi də gözəlliyinə görə yox – O, gözəl deyil! O hər şeyi gözəl etdiyinə görə Ona tutuldum!

Onun kimi ikinci elə bir ifaçı yoxdur ki, SÖZÜN ŞƏKLİNİ PROYEKSİYALASIN – ifa tərzi və manerasıyla!

...İrandan gələn Şəhin adlı qızın 1993-cü ildə Lənkəranda toyda oynamağını gördüm – o, “Ququşu” (bu adda oyun havası yoxdur – açması bir az sonra) oynayırdı! Ququş ona görə sevimlidi ki, onun ifa etdiyi mahnılar adamın əzalarında rezonans verir: Ququş həm də səhnədə bunu nümayiş etdirir! Bütünlüklə – səsiylə, ifasıyla, ruhuyla səhnədə, tamaşaçıyla bir olmağındadı onun üstünlüyü.

Uzun müddət mən “Ququşu” – “Mən amade əm” klipindəki sındırmaları belə adlandırmaq olar - oynayanı axtardım toylarda. Bizim qızlar elə oynamırdılar – İran qızları oynamağı Ququşdan öyrənmişdilər! Ququşdan oxumağı götürə bilməsələr də, oynamaqda yamsılama heç də pis alınmırdı!
Uzun müddət mimikasıyla “ququşu” danışanı, Ququşbaxışlı qızları axtardım – onların hamısı qalmışdı İranda! Mən İrana getmək istəmirdim. Ayrılıq elə buydu və Onu mənə (bəlkə də bütün pərəstişkarlarına) sevdirən də mahnının sözlərini sevərək, öpərək, əzizləyərək, qucaqlayıb bağrına basaraq oxumasıydı!

Məhz onun ifasında SÖZ ÖZ ANLAMINDA SƏSLƏNİR! “Ayrılıq, ayrılıq” deyəndə ayrılığın solğun çöhrəsini, boz sifətini, ağlar gözünü, qubar ürəyini görürsən! Eyni zamanda ayrılığın üçü, yeddisi, qırxı, ili, ta sonsuzluğunu yola verirsən! Ayrılığın səsi qulaq seyvanlarında əks-səda verir: yalquzaq uğultusu səni vahimələndirir, qışqırığını salır, ürəyinə çapıq qoyur və... başa düşürsən ki, AYRILIQ BAŞLANDI! Ququş ayrılığın GƏLƏCƏK olduğunu oxuyur – digərlərinin keçmişin itkisi kimi təqdimindən fərqli olaraq!
Fikir verəndə tez anlaşılır: Ququşun mahnılarının instrumental ifası həddən artıq ağırlıq gətirir, yorucu olur! Ancaq yetir ki, Ququş görünsün və sən bu mahnıları yaşayasan!

Onu sevdirən daha bir məqam var – ekran qabağında oturanın da, zalda əyləşənin də düşüncələrini izhar edə bilirdi! Çünki:
O, hamını oxuyurdu!
O, hamı üçün oxuyurdu!
Özünün və hamının çəkdiklərini, düşündüklərini, istədiklərini və arzuladıqlarını hamının gözlədiyi-başa düşə biləcəyi formada oxuyurdu! Ancaq ÖZÜ KİMİ oxuyurdu.
Onun özlüyündə isə SƏRKƏRDƏLİK vardı: SƏSƏ sərkərdəlik!
Ona bu qüdrəti isə Allahı vermişdi – qucaqdaykən anasının atıb getməsinə görə incimədiyi Allah!
Onu fərqləndirən isə heç kimə oxşamamasıydı.
Onda hələ də ötən illərin yaraları qan verir!
Ondan Yer üzündə heç kim inciməyib və inciməyəcək də – əri olmuş üç kişidən, dünyaya gətirdiyi bir oğlundan başqa!
Dünyaya gələndə adını FAİQƏ qoymuşdular. Adı gələndə ömür boyu adını müşayiət edəcək ATƏŞİN alqışlar isə onun SOYADIYDI! Fəqət anasız keçən uşaqlığından sonra bir daha və heç vaxt Faiqə Atəşini adı-soyadıyla alqışlamayacaqdılar. Onu elə FAİQƏ anlamında QUQUŞ kimi sevəcəkdilər!
Akrobat və rəqqas olan atası Tehranın Sarıçeşmə məhəlləsinə Azərbaycan Respublikasından köçmüşdü. Arvadından ayrılandan sonra isə balaca qızını tək qoymamaq üçün tamaşa göstərdiyi meydanlara aparırdı. Artıq 7 yaşında İranı filmlərə çəkilməklə fəth edən Faiqə Atəşin sonralar daha çox müğənni kimi tanınacaqdı, nəinki aktrisa. 1950-ci ilin may ayının altısından bu dünyaya başlayan səfəri hələ də davam edir Faiqə Atəşinin. Əlli il əvvəl mələk kimi gəldiyi Sarıçeşmədən birdəfəlik üzülüşmək məcburiyyətində qaldı, 2000-ci ildən mələkləri olmayan şəhərdə – Los-Ancelesdə (Şimali Amerika) yaşayır.
Dünyayla

“Qərib aşina”

olan Ququşun eyni adlı mahnısı 52 yaşında - 2002-ci ildə Bi-Bi-Si tərəfindən Yaxın Şərqin ən populyar mahnısı kimi qəbul olunub. Ona qədər isə o, 1971-ci ildə, 21 yaşında fransız mahnılarının mahir ifaçısı kimi birinici yerə və qızıl mükafata layiq görülmüşdü Kanndakı Midem festivalında. “Karfagen musiqisi” festivalında da birinci yer onun olub. Həmin ildə həm də Tunisdə incəsənət sahəsindəki xidmətləri qızıl medalla dəyərləndirilib. 1973-cü ildə keçirilən San-Remo musiqi festivalı da Ququşu etiraf edib. Hərtərəfli fəaliyyəti ilə diqqət mərkəzində olan Ququş həm də bu illər ərzində – 1968-1978-ci illərdə üç dəfə ərə getməyə imkan tapıb. İlk əri, həm də yeganə oğlu Kambizin atası, İranın musiqi meydanında ayaq üstə durmağa kömək edən Mahmud Qurbani uğurlarıyla bahəm, eyni zamanda onun əzablarına hamilik edib. Özünü buladığı iyrənc oyunlara Ququşu da sürükləyən Mahmud Qurbaniylə yollar 1973-cü ildə ayrılır. 1974-cü ildə SƏSİYLƏ birgə Ququşun ÖZÜNƏ də aşiq olan iranlı aktyor Behruz Vossoqi ilə evlilik 14 aydan artıq çəkmir. Humayun Müstəqi ilə izdivaca Xomeyni hakimiyyəti son qoyur – Ququş üç ay türmə cəzasına məhkum olunduğundan bu nikah xətm olunmuş sayılıb: islam belə buyurur (ərlə arvad müəyyən müddət ayrı yaşayıblarsa, onlar boşanmış hesab olunur). Lakin Ququş həmən yox, bir neçə ildən sonra ayrılır. 1991-ci ildə direktor işləyən Məsud Kimiai ilə ailə həyatı qurub – hesab etmək olar ki, 1979-cu ildən bəri ev dustağı olan Ququşun bu, ən böyük uğurudur, əgər “Qərib aşina”nın populyarlığının qəbul edilməsini nəzərə almasaq. Ömrünün ən işıqlı vaxtlarını, - istər uşaqlıq, istərsə də ərgənlik dövrü olsun, - məhrumiyyətlərdə keçirən Ququş qarşılığında YER ÜZÜNÜN BÜTÜN DƏRDLİLƏRİNİN SƏSİ olub, onların ağrı-əzablarına təpkiyə SƏRKƏRDƏLİK edib!

“İnsan taleyin ən miskin oyuncağıdır”

Oxuduğu mahnının ilk sətri belədir Ququşun “Tale”yində! Amma onun səhnə taleyi heç də Yer üzündəki ümumi taleyindən fərqli deyil! Bəlkə də Ququşu tanıyanlar onu şaha layiq qız sayıblar zamanında. O, şaha layiq qız oldu zamanında – HÜZURUNDA OXUMAQ QƏDƏRİNCƏ!!! Ancaq onun sinəsinin üstündə gəzdirdiyi medalyondakı Fərəh Pəhləvinin şəkli, sinəsinin altında, ürəyinin başında əzizlədiyi Allahdan umduğu mərhəmət belə ona xoşbəxtlik, xilas gətirmədi: Allah adıyla qurulan rejim elə həmin Allahın verdiyi səsin sahibini həm danışmaqdan, həm də sevgisindən məhrum etdi!
Hər zaman sevgilərdən məhrum bu SEVGİLƏR SULTANInın susdurulması onu elə MİLLƏTİNİN SƏSİnə çevirdi. Fəqət, Faiqə Atəşin bu əzabları necə daşıdığını yox, bu əzabları çəkənlərin TALEYİN ƏLİNDƏ necə MİSKİN OYUNCAĞA ÇEVRİLDİKLƏRİNİ oxuyurdu.
Onun maddiyyat adına qazandıqları 4 festivalda 4 mükafat, 4 albom və 4 ərdən başqa bir şey olmadı.
İndi gəlin görək Ququş nə qədər nəhəng və böyük, fateh sərkərdədir...

“Mən amade əm, vay-vay, mən amade əm”

Neyləsə də, içdiyi andların ünvanlarına inanmadılar: nə səsinə, nə əlinə, nə adına (“İnan mənə”); “Sənin tərk etdiyin otaq mənim üçün həbsxanadır, həbsdə səninlə olmaq mənə azadlıqdır, üstündəki tozu silmək belə mənə xoşbəxtlikdir” deyə fəryad qopardı: “səni sevdim, məni sevdin, məni öldürdün, yenidən dirildim”. Dənizdə də tənha balıqlığı rəva gördülər, qoymadılar “İki balıq” dənizdə duzlu göz yaşlarından azad yaşasınlar! Axırına çıxdılar “Talaq” oxutdurmaqla. Bütün “Hədiyyə”ləri “Bataqlıq” üçünmüş! “Lay-lay”ı dağ çəkirmiş “Dağ”da. Nəhayətdə, ömrünün cavab tapmadığı “Sual”ına “Mən amade əm...” söylədi. Yenə eşitmədi O! Milyonlar onu eşitsə də, EŞİTMƏLİ OLAN O BİRCƏ VARLIQ eşitmədi.
İndi otağında ÖZÜYLƏ YANAŞI, HƏYATSIZ ÖMRÜNÜN NƏĞMƏLƏRİNİ dinləyir. Yaş o yaş deyil – 50 il keçib qələbəsindən, şəhər o şəhər deyil – bircə dənə də mələyi olmayan, soyuq Los-Anceles hara, ZƏRDÜŞTÜN ODU hara?

Dilibilinməz
Ququş doğma Azərbaycan və fars, ingilis, fransız, ispan, italyan və hətta erməni dilində oxusa da, hamının dilini bilsə də bu həyatda, heç kim onun dilini bilmədi!
...Ona dili ana öyrətməmişdi!!!

Son:

“Uzun gecə” filmində stüardessa Babəkin halını soruşur: “onun halı yaxşıdırmı?” Ququş “yaxşıdır, heç vaxt olmadığı kimi” deyir.
Ququşdan bütün yaşananlardan sonra adamın ürəyi gəlmir ki, soruşsun: “Halın yaxşıdırmı?”
...O da desin: “Ömrümün heç vaxt belə yaxşı halı olmayıb...”
Adam bəzən ÖZ HALININ YİYƏSİ OLMUR!
Ququşun – Faiqə Atəşinin səsi milyonları ovutmağa çatsa da, özünə çatmır! Onun gözləri bunu bəyan edir: milyonların əzabı əks olunan peşman gözləri!
Bu SƏS ona SƏRKƏRDƏLİK verdi, milyonlarla insanın sevgisini yaratdı, amma xoşbəxtliyinə yetmədi – adam gərək doğulanda xoşbəxt və özü də sevgi üçün doğulsun!
Baxmayaraq ki, hamı elə Ququş kimi deyir:
MƏN AMADE ƏM...

Mənbə: www.Lent.az


Bookmark and Share

Şərhlər(0)
10 oxunma
Musiqi

Tünzalə Ağayeva

Shervin
İyul 21, 2008 20:06

 Tünzalə Ağayeva

Tunzale

 

Ağayeva Tünzalə Qabil qızı 1976-cı il oktyabrın 21-də Tovuz şəhərində doğulub. Gəncə şəhərində H.Hüseynli adına musiqi məktəbini bitirib. Məktəbi bitirəndən sonra bir neçə il Tovuz rayonunda musiqi müəlliməsi işləyib. 2001-ci ildə "Bakı payızı" gənc ifaçılar müsabiqəsinin qalibi olub. Həmin vaxtdan estrada mahnılarının bəstəçisi və ifaçısı kimi professional yaradıcı fəaliyyətlə məşğuldur. 2002-ci ildə "Türksoy" Beynəlxalq müsabiqəsinin laueratı, 2003-cü ildə Beynəlxalq "Yalta-2003" müsabiqəsinin Qran-pri mükafatçısı olub.


Bookmark and Share

Şərhlər(0)
65 oxunma
Musiqi

Arif Babayev

Shervin
Dekabr 12, 2007 19:55

 Arif Babayev

Arif Babayev

1938-ci il fevralın 22-də Ağdamda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1963-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında işləməyə başlayıb. 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət alıb. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra - 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə düzəlib. 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Hazırda Milli Konbservatoriyanın muğam kafedrasının müdiridir. 1998-ci ildə "Şöhrət ordeni"nə layiq görülüb. Xalq artistidir.


Bookmark and Share

Şərhlər(0)
114 oxunma
Musiqi

Muğam

Shervin
Dekabr 8, 2007 19:54

Muğam musabiqəsi Aztv'də həftənin iki gunu bizə zovq verir. Ifaçilar hamisi biri birinnən gozəl oxuyurlar Ama bu arada Təbriz'də olanlara bir ayri zovg var. Nasir Ətapur Təbrizin gənc xanəndəsi bu musabiqədə oz gozəl səsinən bizi səerməst edir.
Mən Təbrizdəki muğam musabiqəsini izləyənlərin tərəfindən ona və obiri gənc ifaçilara uğurlar arzulayiram.

Bookmark and Share

Muğam(1)
120 oxunma
Musiqi

Rəşid Behbudov

Shervin
Oktyabr 4, 2007 22:14

Məşhur Azərbaycan xanəndə Məcid Behbudalı oğlunun oğlu olan Rəşid Behbudov, Tiflisdə 1915-ci ilin Dekabrın 12-sində anadan oldu. İfaçılıq fəaliyyeətinə 1930-cü ildə Tiflisdə başlamışdır. 1938-44-cü illərdə Yerevan filarmoniyasının solisti olmuş, həmçinin A.Spendiyarov adına Ermənistan Dövlət Opera və Balet Teatrında çıxış etmisdir. 1946-56-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-60-cı illərdə fasilələrlə M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-59-cü illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən, musiqi və estrada sənətinin balet, pantomima kimi, müxtəlif janrları üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və oranın solisti və bədii rəhbəri olmuşdur.
Zəngin çalarlı müstəsna gözəl səsə malik olan Behbudov, Azərbaycan vokal məktəbinin görkəmli nümayəndələrindən biridir. Onun ifaçılığına hisslərin təbiiliyi və dolğunluğu, səmimilik hasdır. Azərbaycan hanəndələri üçün səciyyəvi olan improvizə etmə xüsusiyyəti Behbudov yaradıcılığında özünü orijinal şəkildə göstərmişdir.
Bütün köhnə Sovet ölkeleriylə yanaşı Albaniya, Bolqarıstan, Belçika, Misir, Efiopiya, Hindistan, Çin, Finlandiya, İraq, İran, Türkiyə, Çili, Argentina v.s. ölkələrdə geniş repertuarıyla çıxış eden Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə popularlaşmasında böyük rol oynamışdır. Azərbaycan mahnıları ilə yanaşı o, 50-dən artıq xalqın mahnısını da həmin xalqın dilində ifa etmişdir.
Səhnələrin ulduzu olan Rəşid Behbudovun ulduzu 1989 ildə söndü, və xalqın sevgilisi olan lirik tenor heyata gözlerini yumdu. Fəqət ölməz sənədi yaşayır və milyonlarca insanları heyrete buraxmağa dəvam edir.


Bookmark and Share

Şərhlər(0)
93 oxunma
Musiqi

Alim Qasimov

Shervin
Sentyabr 7, 2007 0:02

Alim Qasımov 1957-ci ilde anadan olub. Valideyyinleri onun musiqiye ve xususile muğama qarşı olan istedadını uşaqlıqdan bilibler, ancaq ona musiqi tehsili vermeye imkanları yox idi. Ellerinden bir tek şey gelmişdi, def düzeltmek üçün, atası bir keçi kesmişdi. Bu def, Alimin birinci musiqi aletiydi. Ve bununla birlikde o, gözel ve hamıdan ferqlenen sese sahib idi.

Daha sonra o, Bakıda muğam mektebinin en tanınmış ve istedadlı müellimlerinden ders almışdı. 25 yaşında Alim, heyatında birinci muğam müsabiqesinde müveffeqiyet qazanmışdır. O vaxtlarda o, muğam senetinin, xüsusile de “tarab” janrının araşdırmalarıyla meşqul olurdu.

1989-cu ilden Alim Qasımov Mensurov qardaşlarıyla çıxış elemeye başlamış, tarzen Мelik ve kamança çalan Elşen ile. Arada Alim Qasımov özü de def çalır.

Son zamanlarda cemi doqquz albomu çıxardan Alim Qasımov her bir musiqi senetkarının nail olmağa çalışdığı mükafata laiq görülmüşdür. Mes 1999-cu ilde o, Beynelxalq IMC UNESCO Musiqi Mükafatını almışdır.

 Muğam senetini Fransa, İngiltere, Almaniya, Belçika, İspaniya, Braziliya, İran (Tebriz) ve ABŞ kimi ölkelerde konsertlerle çıxış eden senetçi, bütün dünyaya Azerbaycan muğam senetini tanıdaraq, Azerbaycan medeniyyetinin dünyaya yayılması üçün böyük bir rol olnayır.


Bookmark and Share

Şərhlər(0)
125 oxunma
Musiqi



  Yazılar cəmi: 6   


© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog