Reklam verin!
 Odlar Yurdu, Azərbaycan : Ayriliq

Odlar Yurdu, Azərbaycan

Ayriliq

Blog Haqqında

Shervin
Ayriliq

Axtarış

Açar sözlər

Sayqaç

  • İndi blogda: 6
  • Keçən ayın hiti: 1650
  • Dünənki hit: 54
  • Bugünki hit: 24
  • Ümumi hit: 8754

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

Məhəmməd Süleyman oğlu Füzuli

Shervin
Oktyabr 12, 2007 3:19

Azərbaycan ədəbiyyatı tarixində Divan ədəbiyyatının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınmaqdadır. Təxminən 1494-cü ildə anadan olmuşdur. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu mə'lumdur.

Azərbaycanda məşhur olan türkmənşəli Bayat tayfasındandır.

Bə'zi mə'lumatlara görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan HilləKərbəla kimi şəhərlərdə yaşaması Süleyman kişinin ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olmuşdur.

XI əsrdə İraqın Səlcuqlar, daha sonralar isə MonqollarTeymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu durum sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə Füzulinin həyat və yaradıcılığı ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür.

İlk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Şəxsi mütaliəsi sayəsində Orta Əsr elmləri (məntiq, tibb, nücum, riyazi və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir. "Bəngü Badə" ("Tiryək və Şərab") əsərini Şah İsmayıl Xətai'yə ithaf etməsinə, I Şah Təhmasib'ə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir. Sultan Süleyman'a bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəy'lə görüşmüş, "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır. Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir. Füzuli türk dilində lirik şerin ən gözəl nümunələrini yaratmışdır. Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvi'nin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmyaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir. Füzuli Azərbaycan ədəbiyyatı tarixində ana dilində bədii nəsrin görkəmli nümunələrini yaratmışdır. Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizam'ın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir. Füzuli Nəsimi'dən sonra ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.

Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş, orada da dəfn olunmuşdur.

Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunmuşdur ki bunlardan ibarətdir:

  • "Səhhət və Mərəz" Farsca və nəsrlə yazılıb. Alleqorik əsərdir.
  • "Rindü Zahid" Farsca və nəsrlə yazılıb. İki baxışın dialoqudur.
  • "Hədiqətüs-Süəda" (Xoşbəxtlik bağçası) Həcmcə ən böyük əsəridir. Əsər ən`ənəvi-müştərək bir mövzuda yazılmışdır.
  • "Hədisi ərbəin tərcüməsi"
  • "Mətləül e`tiqad"

    Mənbə: http://www.az.wikipedia.org


Bookmark and Share

Şərhlər(1)
152 oxunma
Azərbaycan Mədəniyyəti

Rəşid Behbudov

Shervin
Oktyabr 4, 2007 22:14

Məşhur Azərbaycan xanəndə Məcid Behbudalı oğlunun oğlu olan Rəşid Behbudov, Tiflisdə 1915-ci ilin Dekabrın 12-sində anadan oldu. İfaçılıq fəaliyyeətinə 1930-cü ildə Tiflisdə başlamışdır. 1938-44-cü illərdə Yerevan filarmoniyasının solisti olmuş, həmçinin A.Spendiyarov adına Ermənistan Dövlət Opera və Balet Teatrında çıxış etmisdir. 1946-56-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-60-cı illərdə fasilələrlə M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-59-cü illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən, musiqi və estrada sənətinin balet, pantomima kimi, müxtəlif janrları üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və oranın solisti və bədii rəhbəri olmuşdur.
Zəngin çalarlı müstəsna gözəl səsə malik olan Behbudov, Azərbaycan vokal məktəbinin görkəmli nümayəndələrindən biridir. Onun ifaçılığına hisslərin təbiiliyi və dolğunluğu, səmimilik hasdır. Azərbaycan hanəndələri üçün səciyyəvi olan improvizə etmə xüsusiyyəti Behbudov yaradıcılığında özünü orijinal şəkildə göstərmişdir.
Bütün köhnə Sovet ölkeleriylə yanaşı Albaniya, Bolqarıstan, Belçika, Misir, Efiopiya, Hindistan, Çin, Finlandiya, İraq, İran, Türkiyə, Çili, Argentina v.s. ölkələrdə geniş repertuarıyla çıxış eden Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə popularlaşmasında böyük rol oynamışdır. Azərbaycan mahnıları ilə yanaşı o, 50-dən artıq xalqın mahnısını da həmin xalqın dilində ifa etmişdir.
Səhnələrin ulduzu olan Rəşid Behbudovun ulduzu 1989 ildə söndü, və xalqın sevgilisi olan lirik tenor heyata gözlerini yumdu. Fəqət ölməz sənədi yaşayır və milyonlarca insanları heyrete buraxmağa dəvam edir.


Bookmark and Share

Şərhlər(0)
93 oxunma
Musiqi



  Yazılar cəmi: 2   


© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog