Reklam verin!

Odlar Yurdu, Azərbaycan

Ayriliq

Blog Haqqında

Shervin
Ayriliq

Axtarış

Açar sözlər

Sayqaç

  • İndi blogda: 1
  • Keçən ayın hiti: 983
  • Dünənki hit: 41
  • Bugünki hit: 12
  • Ümumi hit: 4344

Müxtəlif

Tünzalə Ağayeva

Shervin
İyul 21, 2008 20:06

 Tünzalə Ağayeva

Tunzale

 

Ağayeva Tünzalə Qabil qızı 1976-cı il oktyabrın 21-də Tovuz şəhərində doğulub. Gəncə şəhərində H.Hüseynli adına musiqi məktəbini bitirib. Məktəbi bitirəndən sonra bir neçə il Tovuz rayonunda musiqi müəlliməsi işləyib. 2001-ci ildə "Bakı payızı" gənc ifaçılar müsabiqəsinin qalibi olub. Həmin vaxtdan estrada mahnılarının bəstəçisi və ifaçısı kimi professional yaradıcı fəaliyyətlə məşğuldur. 2002-ci ildə "Türksoy" Beynəlxalq müsabiqəsinin laueratı, 2003-cü ildə Beynəlxalq "Yalta-2003" müsabiqəsinin Qran-pri mükafatçısı olub.


Şərhlər(0)
17 oxunma
Musiqi

Ayrılıq Mahnısı

Shervin
İyun 24, 2008 21:22

Ayriliq

Keçən həftə körpü verlişində Sevda Xanımın bir neçə Təbrizli qonağı varidi. Onların ən məşhuru "Məsud Əmir Sepehr" Təbrizin ən böyük xanəndələrinnen biridi. O verlişə bir neçə mahnı hazırlanmışdır ki hamısınnan gozəli Ayrılıq mahnısıdır. Onu siz əziz dostlarıma təqdim ədirəm. ( Deməliyəm ki bu file, 3gp formədindədir. )

Ayrılıq mahnısı


Şərhlər(1)
36 oxunma
Bölməsiz

Gözəl Bakı, qədrini yetərincə bilirikmi?

Shervin
İyun 24, 2008 21:20

Gozel Baki

çap versiyası

Harada doğulmağımızdan asılı olmayaraq, uşaqlıqdan Bakı hər kəs üçün əsrarəngiz bir dünya, arzularının çatdığı, xəyallarının gerçəkləşdiyi müqəddəs ünvan olub. Bakı təkcə respublikamızın paytaxtı kimi sevilməyib, həm də ürəyimizin, duyğularımızın can atdığı, həyata, cəmiyyətə müstəqil bir insan kimi yetişə bildiyimiz çox əziz şəhərdir. Şəninə qoşulan nəğmələrdə bu məhəbbət çiçək kimi ətirlənib, quş kimi qanadlanaraq dünyaya yayılıb:
Bakı, əziz şəhər, mehriban diyar,
Qoynunda boy atıb oldum bəxtiyar.
Bu səadətin təsirindən qəlbimiz həmişə riqqətə gəlib. Əlbəttə, taleyimizə yazılmış Bakı bizə doğmadan-doğmadır. Çünki ən təzə arzularımız da, sevgili övladlarımız da, fərəhləndiyimiz toy-büsatlarımız da, zirvəyə ucalan yollarımız da həyatın özü kimi Bakı ilə bağlıdır. Onun isti qoynundan pərvazlanaraq yad məmləkətlər dolaşmışıq. Üç-beş günün ayrılığından sonra bizi geriyə gətirən təyyarənin təkərləri torpağa toxunan kimi sevincimizdən nə edəcəyimizi bilməmişik.
İndi Bakı ötən əsrdə gördüyümüz şəhərlə müqayisədə çox dəyişib. Etiraf edək ki, bu dəyişmənin də görünən, görünməyən üzləri, yaxşı və pis tərəfləri var. Ötən əsrin sonlarında şəhərimiz özü boyda təlatüm dənizinə çevrildi. Xəzərin göy sularında qopan qasırğalar Bakının küçə və meydanlarında baş verən fırtınaların yanında yalan idi. İndiki Azadlıq meydanı insan selinin ağırlığından gecə-gündüz titrəyirdi. Min cür ələmin, dərdin, kədərin, atəşin, faşist xislətli, erməni əsilli sovet əsgərlərinin 1990-cı ilin 20 yanvarında şəhərin dinc və əliyalın sakinlərini güllə-barana tutaraq onları ağır hərbi maşınların tırtıllı təkərlərinin altında əzməsi bütövlükdə millətin könül yarasına, göz dağına çevrildi. Əvvəllər al qırmızı bayraqların asıldığı yerlərdə qara parçalar yelləndi. Sanki dünyanın bütün solğun və boz rənglərini şəhərin üstünə ələdilər. Bakını vahimə bürümüşdü. Qırmızı örtüklü tabutlar insan selinin çiyinlərində qanlı axan çaya bənzəyirdi. Bu çay üzüyuxarı - Dağüstiü parka tərəf üz tutmuşdu. Tale bəd gələndə hər şey tərsinə dönür. Qərənfillərin də ünvanı dəyişik düşmüşdü. Zərif varlıqları ilə igidlərin qanı tökülmüş yerlərə sərilmişdilər.
Bir-birinə bənzəyən və bənzəməyən ağır günlərdən Bakı yenidən sıyrılıb əvvəlki şux qamətini düzəltdi. Düşmən önündə əyilmək olmazdı. Amma dərdi tükənmədi.
Bakıda hələ sovet dövründə müxtəlif idarə və təşkilatlarda, zavodlarda işləyənlər, ali məktəblərdə oxuyanlar üçün yataqxanalar tikilmişdi. Ehtiyacı olan tələbələr təhsilini başa vurana, fəhlələr, ixtisaslı kadrlar da ev alana kimi müvəqqəti olaraq yataqxanalarda yaşayardılar. Təəssüf ki, indi bu yataqxanalar da əvvəlki təmayülü üzrə istifadə edilmir. Erməni quldurları tərəfindən doğma el-obasından qovulmuş soydaşlarımızın müəyyən hissəsi yataqxanalarda məskunlaşıb. Bakının bir xiffəti də elə budur. Vaxtilə şən tələbə səsləri gələn pəncərələrdən indi kədərli baxışlar boylanır. Torpağa hündür mərtəbədən baxmaq, hər səhəri ümidlə açıb axşamı qəhərlə uyumaq - kəndli üçün böyük əzabdır. Amma kim özxoşuna geniş həyət-bacasını, ev-eşiyini, məşğuliyyətini atıb birotaqlı yataqxana divarlarının arasına sığınar?! Bakı ətrafındakı sanatoriya, istirahət, yaradıcılıq evləri də illərdir ki, bu cür pəjmürdə həyatını yaşamaqdadır.
Bununla bahəm Bakının əvvəlki hüsnünə xələl gətirən məqamlardan biri də şəhər bazarlarının "filial"larının ayaq açıb həyətlərdə, küçələrdə, səkilərdə qərarlaşmasıdır. Bir vaxt (30 il öncə) şəhərin mərkəzi küçələrində, məhəllələrində səhər-səhər bu sözləri eşidərdik: "Matson" (ermənicə "qatıq" deməkdir, niyə belə çağırırdılar, bilmirəm), yaxud da "starıy veş pokupayu". İndi bu çağırışlar başqa cür əvəz olunub. Hər səhər "xlor, xlor" və yaxud da "göyərti, bibər, kartof" - deyə "ariya" oxuyanların səsinə yuxudan oyanırıq. Evdə də xəstə, uşaq, hamilə qadın ola. Hələ axşamlar tütək səsi, zurna çalan, oxuyan kim. Həyətlər az qala konsert salonuna çevrilir.
Bakının bu görüntüləri, həqiqətən, ürəksıxıcıdır. Gecələr isə ərazidəki zibillər, tör-töküntülər, kağız qırıntıları, boş qutular xoşagəlməz mənzərələr yaradır. Bir tərəfdən də həyətlərdən məişət tullantıları vaxtında daşınmadığından üfunət ətrafı bürüyür. Uzağa getməyək, Nəsimi rayonunda yerləşən istənilən həyətə baxılsa, aşıb-daşan zibillər bu işə məsuliyyətli olanların laqeydliyindən xəbər verəcəkdir.
Son illər şəhərin mərkəzi küçələri bir neçə dəfə sökülərək ona yenidən asfalt örtüyü çəkilib. Yola diqqət yetirmək, həqiqətən, çox vacib məsələdir. Amma təəssüf ki, bu yol "əməliyyatı" da bəzi məqamlarına görə uğursuz başa çatır. Artıq suların axıb getməsi üçün vacib sayılan "lük"lərin əksəriyyəti qapandığından bir balaca yağış yağan kimi şəhərin əksər küçələrində sakinlərə az qala qayıq axtarmaq lazım gəlir. Allah eləməmiş, birdən Bakıya güclü leysan düşdü, onda şəhərin vəziyyəti necə olar? Bu yol işi ilə məşğul olanlar diqqəti yalnız mərkəzi küçələrə verdiklərindən unudurlar ki, məhəllələr, evlər arasından keçən küçələrin də vəziyyəti qeyri-normaldır. Çala-çuxur, hətta bəzi "lük"lərin ağzı açıq... Gecə birdən işıq sönə (bu, tez-tez olur), sənin də yolun deyək ki, Mirəli Qaşqay, Koveroçkin, Sarabski... küçələrindən keçə. Sadəcə, Tanrı köməyin olsa, qurtulacaqsan. Şəhər nəqliyyatı da çox yarıtmaz vəziyyətdədir. Vaxtilə böyük salonlu avtobuslar sərnişinlərə xidmət göstərirdi. Bu avtobusların salonunda ya xüsusi kassalar olardı, ya da nəzarətçi vasitəsilə yol haqqı yığılardı. Heç kəs də biletsiz marşrutu tərk etməzdi. Buna ən imkansız adam da ayıb iş kimi baxardı. İndi isə "Qazel", "RAF" deyilən nəqliyyat vasitələri şəhər əhalisini daşımaq missiyasını öz öhdəsinə götürsə də, bu işi normal vəziyyətdə yerinə yetirmir. Xüsusilə də hər nəqliyyat növündə bir pulyığan olur (bu da, adətən, məktəbli uşaqlardan ibarətdir). Demək olar ki, Bakıda dayanacaq məsələsi tarixin arxivinə verilib. Yolun hansı istiqamətində əl qaldıran varsa, sürücü saxlayacaq. Hər sərnişin də öz istəyi ilə maşını saxladacaq. Həm yol hərəkəti qaydaları pozulur, həm təhlükə yaranır, həm də digər sərnişinlərin əsəbləri gərginləşir. Şəhər nəqliyyatının bir xüsusiyyəti də onun sürət məsələsi ilə bağlıdır. Bakı küçələrində "Qazel" və "RAF" sürücüləri az qala cıdır yarışına çıxırlar. Hələ bir-birlərinə göndərdikləri söyüşün rəngi bilinmir. Bəzi sürücülərin sərnişini saymaması, ağzına gələni danışması, insanlarla rəftar mədəniyyəti çox aşağıdır. Əlbəttə, paytaxtın nəqliyyatında "Qazel" və "RAF" kimi kiçik salonlu maşınlardan istifadə edilməsi çox lüzumsuzdur. Yayda istinin, qışda isə müxtəlif nəfəs yolları xəstəliyinə tuş olmağın qorxusundan bu marşrutlara minmək zindan əzabıdır. Hələ qulağının dibində qışqıran "konduktor"un kobudluğu və cır səsi də bir tərəfdən ovqatını təlx edəcək.
Bakı indi özü boyda tikinti meydanına çevrilib. Ev tikmək dədə-babadan savabdır. Heç kim belə bir xeyirxah işin əleyhinə deyil. Amma şəhərsalmada vacib sayılan bir sıra məsələlər unudulmamalıdır. Hər bir bina ucaldılanda orada yaşayacaq sakinlərin gələcək ehtiyacları mütləq nəzərə alınmalıdır. Uşaq bağçasından, məktəbdən, dükandan tutmuş digər məişət obyektlərinə kimi. Dünyada belə bir qayda da mövcuddur ki, şəhərsalmada mütləq tarixilik, qədimlik qorunmalıdır. Bakının "açıq muzey" adlandırılması təsadüfi deyildir. Paytaxtımıza bu şərəfi onun qədim binaları gətirmişdir. BƏƏ-də olarkən bizi Şarca deyilən əmirliyə aparmışdılar. Orada alçaqtavanlı (belə "bina"lara bizdə ən geridə qalmış ucqar dağ kəndində də rast gəlməzsən - F.X.) tikili göstərərək "tarixi abidədir" dedilər. Halbuki bu yerlər 30 il öncə qumluq olub. Deməyim odur ki, millət var, özünə tarix yaradır, abidə qurur, biz isə qədimliyimizin, tariximizin üstündən "uf" demədən xətt çəkirik. Ötən əsrlərdən yadigar qalmış üçmərtəbəli binalar Bakının simasıdır. Müasirlik o zaman gözəl və diqqətçəkən olur ki, qədim ənənə ilə birləşsin. ABŞ kimi bir ölkədə Nyu-York göydələnlər məkanıdır, amma Vaşinqtonda kimin ixtiyarı və hünəri çatar ki, Kapitolidən hündür ev tiksin? Qəti qadağandır. Biz də Bakının simvolu sayılan Qız qalasını, İçərişəhəri, Şirvanşahlar sarayını beləcə hifz etməliydik. Ən azı Dünya İrs siyahısına düşmüş bu bəşəri incilərin yaxınlığında tikinti aparılmamalıydı. İçərişəhərin bugünkü vəziyyətindən daha danışmağa dəyməz. Çünki dəyirman öz bildiyini etməkdədir. Bu qədim şəhərin, bu nağılabənzər dünyanın ovqatı neçə illərdir ki, təlx olub.
Vaxtilə qatarla Bakıya gələndə diqqəti şahmat taxtasına oxşayan, hündürmərtəbəli bir bina cəlb edərdi. Bu, "Qarabağ" mehmanxanası idi. İndi neçə vaxtdır onu sökürlər. Dağıtmaq çox asandır. Amma bu binanı diz çökdürməkdə çox əziyyət çəkilir. Bəlkə də günlərlə çalışıb bir otağını ancaq dağıdırlar. Məgər onu yenidən təmir edib istifadəyə vermək olmazdı? Bəlkə də bilmədiyimiz səbəblər var. Amma biz gördüyümüzü deyirik.
Bir məsələyə də münasibətimizi bildirmək istərdik. Yük maşınları, qum, daş, sement daşıyan nəqliyyat vasitələri ancaq gecələr şəhərə buraxıldığından Bakının yuxusu pozulub. Xüsusilə də göydələnlər tikilən ətrafda yerləşən binaların sakinləri əziyyət çəkirlər. Maşınların səsi, betonqarışdıran nəqliyyatın uğultusu, tikintidə qopan gurultular, fəhlələrin hay-küyü, müxtəlif qışqırtılar gecənin sükutunu elə dağıdır ki...
Bakının sevinci də var, dərdi də. Biz onun bir neçəsini dilə gətirdik. Günəşi Xəzərdən doğulan şəhərimizin mavi qoynundan çıxarılan "qara qızıl"ı Bakıdan Ceyhana, oradan da cahana nur saçır. Faktdır ki, dünyanın həm dost, həm də yağı gözləri Bakıya dikilib. Amma neyləməli ki, bəzi məmurların günahı, naşılığı, ya bəlkə də ən çox laqeydliyi ucbatından onun sakinlərinin bir qismi qışda qazdan, yayda sudan korluq çəkir. Halbuki ölkə Prezidenti cənab İlham Əliyev həm sakinlərlə görüşündə, həm də keçirdiyi müxtəlif müşavirələrdə bu fikri dönə-dönə vurğulamışdır: "Bizim vətəndaşlarımız yaxşı yaşamalıdırlar. Bəzi hallarda qəbul edilən proqramlar şüar xarakteri daşıyır. Bu, bizə lazım deyildir. Bizə lazımdır ki, konkret iş görülsün".
Paytaxt təkcə mərkəzi küçələrdən, xiyabanlardan, parklardan, yaşayış evlərindən ibarət deyil. Bir dönüb Bakının hər tərəfinə diqqətlə baxın! Bu gözəl şəhərin qədrini yetərincə bilirikmi?

Yazar: Flora Xəlilzadə

Mənbə: WWW.azerbaijan.news.az


Şərhlər(0)
35 oxunma
Bölməsiz

Təbriz

Shervin
May 28, 2008 20:33

Elə sözlər var ki, ürəkdə doğurduğu duyğuları qələmə alsan bir kitaba sığmaz. Rus üçün Moskova Fransız üçün Paris Italyan üçün Ruma, Yunan üçün Atina, Türk üçün Istambul nədirsə, Azərbaycanlı üçün də Təbriz odur... "Bu söz də " Ana", "Yurd", "Vətən" sözləri kimi müqddəsdir və ürəyimizdə bitib-tükənməz fikir ümmanı yaradır.   Azərbaycan qəhərlərinin anası!: Yadellilərin vurduğu odlardan, amansız zəlzələlərdən yüz illər boyu dönə-dönə yerlə-yeksan olsa da təzədən tikilib ucalan nəsil-nəsil alim, şair, filosof, rəssam, sənətkar, sərkərdə yetirən, xalçası və miniatürləri, me'marlıq və zərgərlik inciləri, ipəyi və qab-qacağı, silahı və yeməkləri ilə bütün şərqdə şöhrət qazanan qocaman Təbriz!... Övladını sehrli əlləri təkcə Azərbaycanda yox, onun sərhədlərindən çox-çox uzaqlarda da yurdun sənət imzası kimi əbədiləşib.Təbrizin səsi min illərin o üzündən gəlir. Tarixi araşdırmalar göstərir ki, şəhərin yaşı bizim eradan qabaq ikinci minilliyin əvvəllərindən bağlanır. Yə'ni Təbrizin təxminən dörd min il yaşı var. 1960-cı illərdə Ingilis arxeoloqları Təbriz yaxınlığında yerləşən qaratəpədə qədim ərzaq anbarları, e'malatxana və yaşayış evləri aşkar etmişlər. Bu yaşayış məskəni eramızdan əvvəl 2100-1900-cü illərə aid edilir ( b a x: s.m. okullahu, XIII-XVII əsrlərdə Təbruz şəhərinin tarixi. b.," elm", 1982, səh.37 ).Sözarası. Nəcib bir insan olan iş yoldaşım M.Müciri Təbrizin köhnə Gəcil qəbiristanında 30-40-ci illərdə abadlıq işləri aparılmasından danışanda deyirdi ki, qəbiristan Gülüstan başına çevrilərkən yerin altından təxminən 15-20 mərtəbəli qəbirlər çıxırdı... itib torpaq qatına çevrilməmiş qəbrin üstündən ikinci bir qəbrin qazılmadığını nəzərə alsaq, həmin qəbiristanın yaşı 3000 ildən artıq olur.Lakin Təbrizin inkişaf yolu çox mürəkkəbdir. Dörd min il ərzində zəlzələlər və ardı-arası kəsilməyən döyüşlər Təbirzi dəfələrlə yerlə-yeksan edib. O, gah böyüyüb, gah da dağıdılıb, adını-sanını itirib.Bir mülahuzə. Təbrizin adını yazanların sayhesabı yoxdur. Bir çox nüfuzlu alimlər işin çətinliyini görüb, bu barədə elmi axtarış aparmaqdan əl çəkiblər. Axtarışı davam etdirənlər də hamı tərəfindən qəbul edilən inandirici bir söz deyə bilməyiblər. Təbrizin adının tarixi dolaşıq yollar keçib: " Mən elə bir şəhər tanımıram ki, onun adı Təbriz qədər mübahısələrə səbəb olsun". Bu, bir alimin e'tirafıdır. Təbrizin Tərbiz--Tərpəmək sözündən yarandığını söyləyənlər də var. Onu qədim Manna şəhəri Tarui--Tarmakis adı ilə başlayanlar da var. Bu mübahisələrdə həqiqətə yaxın yozumuIqrar əliyev verir, yəni Tarui Tarmakis sözünün Tarvi sözü ilə əlaqəsini göstərir. Lakin Tarvi sözünün yayılma coğrafiyası, nədənsə, alimlərin diqqətindən yayılıb, beləliklə də, Təbriz sözünü türk dilləri ilə başlamaq meyli həmişə şübhə ilə qarşılanıb.Təbrizin qədim tarixinin türkdilli xalqlarla, daha doğrusu, bu sözün kökünün Azərbaycan dilinə bağlı olmasını göstərmək üçün xatırladaq ki, qədim tarixçilərin bir çoxu belə hesab edirlər ki, Təbriz Turan hökmdarı Alp ər Tunqa ( əfrasiyab ) tərəfindən tikilmişdir. ərəb alimi Təbəri isə Təbriz ətrafındakı Türkşəhərlərindən bəhs edir.Ikincisi, Təbriz adlı yaşayış məskəni tək deyil. Onun adaşına Tumen vilayətində Türkdilli xalqların yaşadığı ərazidə də rast gəlirik. Bundan əlavə tavr kökü ilə bağlı müxləlif yer adları var. Tavriya, Tori, Toros və s.Bizə belə gəlir ki, eyni kökdən yaranmış bu qədər sözü ayrı-ayrılıqda yozmaq olmaz. Tavr sözü   hün-oğuz qrupuna məxsus qədim türk tayfalarından birinin adıdır. Tavroz-Təbriz adlı qədim qəbilə birləşmələri Azərbaycanın müxtəlif əyalətlərində, o cümlədən Təbrizdə yaşayıblar. Türkiyədəki Tovros dağları da adını həmin qəbilədən alıb.Təbriz Azərbaycanın güzgüsüdür! Orta əsrlərdə onu Iranın "gözü və, çırağı" adlandırırdılar. Təbriz güzgüsü bu minillikdə Azərbaycanın bütün yüksəliş və şöhrət yollarını, eləcə də faciələrini boya–boy göstərə bilir.Təbriz Azərbaycanın iste'dadının şah əsəridir! Yuz illər boyu qurulub, gözəlləşib. Lakin dünyanın elə bir bəlası da olmayıb ki, Təbrizdən yan keçsin.Son iki min ildə Azərbaycanın paytaxt şəhərləri tez-tez dəyişilib. Qəbələ, Bərdə, ərdəbil, Marağa, Qanza, Qəzvin, Həmədan,şamaxı, Dərbənd, Gəncə, Naxcıvan, Bakı... ( xanlıqları da nəzərə alsaq Irəvan Şuşa, Lənkəran, Quba, Şəki və s. ) Bunların hər biri zaman-zaman məmləkətin baş şəhəri olmaq səadətinə qovuşub. Lakin bu səadət daha çox Təbriz boyuna biçilib.Təbriz, XI yuzillikdə Rəvvadilər dövründə də, Azərbaycan Atabəyləri dövründə də (Naxcıvanla birlikdə) və nəhayət qızılbaş Səfəvi imperiyası dövründə də paytaxt şəhəri idi. XI-XVII əsrlər arasında Təbrizin çiçəklənmə və yerlə-yeksan olma dövrləri tez-tez bir-birini əvəz edir. Şəhərin əhalisi (I.P. Petruşevskiyə görə XV əsrin əvvəllərində Təbriz əhalisi bir milyona yaxın idi.) Gah yarım milyon ötür, bir milyona yaxınlaşır, gah da qırılıb yüz mindən də az qalırdı.Demək olar ki, hər yüz, iki yüz ildən bir baş verən zəlzələ Təbrizin altını üstünə çevirirdi. Təkcə 1042-ci il zəlzələsində 40-50 min adam ölmüşdü.        ...1369-cu ildə yayılmış vəba xəstəliyi isə Təbrizdə 300 min adamı həlak etmiş vəşəhərin əhalisi yarıbayarı azalmışdı....1386-cı ildə Toxtamışın hücumu zamanı Təbrizdə 10 min adam öldürülmüş, 100 min əsir alınmışdı....1430-cu ildə təbii fəlakətlər nəticəsində 100 min təbrizli ölmüşdü. Vəba xəstəlikləri müharibələrdən az ziyan vurmurdu....1640-cı il zəlzələsində 4900 ev dağılıb, 13 min adam ölmüşdü....1821-ci il zəlzələsində 8 min adam həlak olmuş-du.Qətran Təbrizin XI əsrdə: " Dünyada Təbrizdən gözəl şəhər yox idi. əmin-amanlıqda, dövlət və qüdrətdə, yaxşılıqda və gözəllikdə... Orda cənnətdə olduğu kimi gözəl binalar var idi".XIV əsrdə təkcə Təbrizin gəliri bütün Fransanın gəlirindən çox idi. Elə bir sənət sahəsi tapmaq olmazdı ki, Təbrizdə inkişaf etməsin. Orta əsrlər Təbrizi hətta kağız istehsal edirdi və şəhərdə xüsusi kitab və kağız mağazaları açılmışdı.XVII əsrdə Azərbaycanda artıq mətbəə üsulu ilə nəşr işini bilən ustalar var idi.Həmin dövrdə Təbriz universitəsinin 7 min tələbə-si, 450 müəllimi var idi.Təbriz sənətkarları: Toxucular, qızıl tel hazırlay-an zərkeşlər, yelkənli gəmilər üçün örkən, ip toxuya-nlar, metal əridənlər, top tüfəng, barıt hazırlayanlar, me'marlar, heykəltəraşlar, rəssamlar, cildçilər, Şüşə istehsal edənlər, dəyirman daşı düzəldənlər və s. (M.s. Onullahi, göstərilən əsəri). Orta əsr səyyahları e'tiraf edirlər ki, dünyanın heç yerində öz işini belə gözəl bilən sənətkarlar yoxdur.Təbriz sənətkarlarının şöhrəti, həm də bəlaya çevrilmişdi. Hər gələn basqıncı var-dövləti ilə yanaşı, Təbrizin sənətkarlarını da köçürüb aparırdı.Teymurun vaxtında Təbriz ustaları Səmərqəndə köçürülmüş və Azərbaycan sənət ən'ənələrini də özləri ilə ort Asiyaya aparmışdılar....Sultan Səlim Çaldıran döyüşündən sonra 1700 təbrizli sənətkar ailəsini Istambula aparmışdı....Paytaxt Isfahana köçəndə I şah Abbasın əmri ilə Təbriz sənətkarları da öz doğma şəhərlərindən didərgin düşüb oraya köçürülmüşdülər.Azərbaycan intibahı dövründə Təbrizdə də sənətkarların böyük təşkilatları yaradılmışdı. Dahi Nizami Gəncəvinin Gəncədə bağlı olduğu " əxi" qardaşlıq təşkilatı Təbrizdə də fəaliyyət göstərirdi. Bu təşkilat orta əsrlər Azərbaycanında ictimai fikrin yüksək inkişaf etdiyini, hətta, müəyyən nöqtələrdə sosiyalist dünya görüşünə yaxınlaşdığını göstərir.Təbriz şərqin, Qərbin və Rusiyanın ən başlıca ticarət şəhərləri ilə bağlı böyük iqtisadiyyat mərkəzi idi. XVII əsrdə təkcə Qeysəriyyə bazarında 7 min dükan var idiSaysız-hesabsız kəhrizləri, bir-birindən gözəl bağ və meydanları, yüzlərlə məscidi, bazarı, karvansar-ası, toxuculuq sənayesindən tutmuş, silahqayırmaya qədər, orta əsrlərin bütün sənət sahələrinin əhatə edən e'malatxanaları, bir sözlə, bütün bu cah-calalı ilə Təbriz, orta əsr səyyahlarının ifadəsincə desək: " yarımdünya idi".Təbrizin mərkəzindəki meydanda 30 min tamaşaçı eyni vaxtda idman yarışlarına baxırdı. Meydanın ətrafındakı " Dövlətxana" binasında 20 min otaq var idi. Gündə bir dəfə ehtiyacı olanlara--aclara, dilənçilərə pulsuz yemək verilirdi.Lakin Təbriz elə bir çeşmə idi ki, axmaqla quruyub tükənmirdi.Orta əsrlər Azərbaycan tarixi bizim millətin faciələrini göstərmək baximindan çox ibrətamizdir. Taxt-tac, rəhbərlik uğrunda nə qədər qardaş qırğını, tayfa, nəsil müharibələri olar? Xüsusən Osmanlı-Səfəvi müharibələri Təbriz və Azərbaycanı xarabaz-ara döndərirdi. Təkcə XVI əsrin 30-50-ci illərində iki imperiyanın hakimiyyət və istila iddiası ilə, sünni və şiə ayrılığı bəhanə gətirilərək, xalq dörd dəfə müharibə meydanına atılmışdı, öz-özünü qırmışdı. Təkcə şah Təhmasibin hər dəfə Osmanlı qoşunu qarşısında geri çəkilərkən düşmən əlinə heç nə keçməsin deyə Təbrizi və başqa şəhərləri yandırıb, yolları, körpüləri məhv etdirilməsini xatırlayanda  o dövrdə xalqın nələr çəkdiyi aydın olur.Təkcə 1586-cı ildə Osmanlı paşasının əmri ilə 20 min təbrizli öldürülmüşdü.Bütün bu qırğınlar nəticəsində Təbriz əzəlki şöhrətini itirirdi və XIX əsrin əvvəllərində şəhərin əhalisi az qala on dəfə azalaraq təxminən 50-60 min nəfərə enmişdi.Bütün bu keşməkəşli yollara baxmayaraq Təbriz heç vaxt öz quruculuq, yaradıcılıq ruhunu itirməmişdir.Təbriz Azərbaycan tarixşünaslığının mərkəzi idi. XII əsrdə yazılmış "Azərbaycan tarixi" əsərinin müəllifi fəxrəddin ibi əl Müsənna da, məşhur tarixçilər əhməd Ibi Məhəmməd ( XIV əsr ), Həsən bəy rumlu,Iskəndər bəy Münşi, Vəlixan Şamlu bicən, Nizaməddin Şami də təbrizlidir. Rəşidəddinin məşhur " Cami ət-təvarix " təbrizdə yazılıb və Azərbaycan tarixşünaslığına güclü təkan verib.Orta əsrlərdə Təbrizi soyadş ilə onlarda nücum, riyaziyyat, təbabət, fəlsəfə, məntiq, qrammatika, coğrafiya alimi yazıb yaratmışdır.Məşhur səyyah Şardən orta əsr azərbaycanlıların haqqında yazır: " Onlar hətta çinlilərdən də irəlidə gedirlər. Onlar alim və tələbələri sevirlər. Bütün həyatlarını elm və biliyə sərf edirlər. Ailəli olmaq çox uşaqlılıq, məqam və vəzifə, hətta yoxsulluq onları elm ilə məşğul olmaqdan çəkindirmir".Azərbaycan ədəbiyyatinin ən böyük nümayəndəl-ərindən Qətran Təbrizi də XI əsrdə Təbriz yaxınlığı-nda doğulmuşdur.Orta əsrlərdə Təbrizin yetirdiyi bütün söz ustalarının adını burada sadalamaq imkan xaricindədir.Təbriz me'marliq məktəbi nəinki Iranın, habelə Türkiyə, Orta Asiya və Hindistanın memarlığına böyük tə'sir göstərmişdir.Türkiyəyə əsir aparılmış əli Təbrizi sonralar Istambulun baş me'marı olub, Türkiyə me'marlığının əsasını qoymuşdu.Təbriz Azərbaycan xalçaçılığının mərkəzi idi. " Türk xalçaları" adı ilə məşhur olan Təbriz xalçaları dünyanın bir çox muzəyini bəzəyir. Dünyanın ən nadir və qiymətli xalçalarından olan"şeyx Səfi" 1539-cu ildə toxunub və indi Londonun Viktoriya-Albert muzəyində saxlanılır.Təbriz rəssamlıq, miniatür və xəttatlıq məktəbləri bütün şərqdə tanınırdı.Təbriz tarixinə həsr olunmuş kitablardan aldığım bu qısa qeydlər şəhərin tariximizdəki böyük yerini göstərə bilirmi?Yüz illərin yüz-yüz fəlakəti Təbrizin böyük ruhunu sarsıda bilməyib.Təbriz yenə də öz ana döşündən yurdun böyük övladlarına və əsrin inqilab havasına süd verib.Təbriz yaşayır və yaradır. Təbriz mübarizə aparır.Təbriz bir gün qələbə çalacağına inanır və onun bu inamı dalğa-dalğa Cənubi Azərbaycanın bütün şəhər və kəndlərinə yayılır.     Təbriz yumoru. Təbriz bütün ruhu ilə nikbinliyə, şənliyə, zarafata köklənmiş bir şəhərdir. Bunu bilməyən adama Təbrizdə baş çıxarmaq çətindir. Təbrizli elə bilir ki, onun zarafatının qabağında dayanan tapılmaz. Lakin...ətraf kəndlərin birindən kasıb, avamyana kişi Təbrizə bazarlığa gəlir. Elə səhər ertədən işini görüb qurtarır, meydanın bir tərəfində kölgəlik tapıb oturur, gözləyir ki, axşam düşsün, kəndə kedənlərə qoşulub evinə qayıtsın. Elə oturduğu yerdə onu yuxu tutur, mürgüləyir. ətraf dükanlardakı cüvəllağılardan birinin gözü kişini alır. Piştaxtanın arxasında özünü məşğul göstərsə də, bığaltı qımışa-qımışa xurma yeyir və çərdəklərini də kişiyə atır. Birinci çərdək üzünə dəyəndə oyanır, özünü o yerə qoymadan gözaltı izləyir ki, ona sataşan kimdir. Ikinci çərdək atılanda kişi dükançını görür və halını pozmadan mürgüləmkdə davam edir. Yarım saat, bir saat belə... Sonra kişi yuxudan oyanıb gərnəşır, yaylığını çıxarıb qabağına sərir və asta-asta üzünə-gözünə dəyib ətrafına səpələnmiş xurma çərdəklərini yiğir. Yaylığın arası dolur. Kişi bağlamanı götürüb durur və dükançıya yaxınlaşır. Bağlamanı ona uzadır deyir:-əmioğlu, zəhmət olmasa çək görək bu bağlama nə qədər gələr.Dükançı təmkinlə, halını pozmadan bağlamanı alıb tərəzinin gözünə atır, o biri gözünə də çəki daşı qoyub dedir:-Bir girvənkədən artıqdır!Kəndçi sakitcə əlini uzadır, lakin bağlamanı götürmək əvəzinə çəki daşını götürür və dükançının kələsinə vurur:-Mən iş adamıyam və atdığın çərdəkləri qaytarıb tək-tək sənin başına vurmağa vaxtım yoxdur, -deyir,-ona görə də borcunu birdən qaytarıram!Mənim də tarıx boyu üstümüzə yağan tolamazları tək-tək qaytarıb, sataşanların özünə atmağa imkanım yoxdur. Bəlkə də bir gün kəndçi müdrikliyi köməyimə gəldi... Araz Naxcıvandan keçəndə durudur. Qaradağ dağlarından axıb gələn, suyu qırmızıya, qan rənginə çalan qoturçay ona qoşulur... Uzun müddət suları qarışmır. Araz ikirəngli axır, bir sahılı duru, bir sahili bulanıq, qırmızı xeyli aşağıda nəhayət, iki su qovuşur, bulanıq durunu üstələyir və Arazın qırmızımtıl rəngi yaranır.Qorxuram ki, nə vaxtaca mən də ömrümə vurulan bu ayrılıq dağına, bu ikiliyə, bu bulanıq sulara vərdiğkar olub, taleyimlə barışam. Bur nrokuror əostum zarafatla əeyurbu: kaş Arazın üstündən yollar açıla! Hər şeyi atıb Cənuba gedərdim. Orda bir kolun, bir ağacın prokuroru olmağa da razıyam.Mənim də ən böyük arzum nə vaxtca o tayda adicə bir ibtidai məktəb müəllimi işləməkdir. Təki yollar açıla!...Kaş yollar açıla... Bu, qanlı-qadalı tarıx yaşamğı ağsaqqal, qəmim bir xalqın 159 illik arzusudur!... Araz axır... Qatar gedir. Araz qayaların dar məngənəsindən çıxıb geniş vadiyə yayılır. Araz boyu düzənliyin, Arazbasarın bitib-tükənməyən bir hekayəti var hardan bağlayasan, gözəl təbiətindənmi, mərd adamlarındanmı, yoxsa üstünü ot basmış, addım səsinə həsrət qalan körpülərindənmi?...Qarabağ dağlarının pillə-pillə enib Araza qovuşduğu yerdə, Cəbrayıl rayonunun ərazisində bir-birindən 200-250 metr aralıda iki qədim körpü var. Cənubla şimalı birləşdirən Xudafərin körpüsü,  Sınıq körpü...Yer üzündə bircə nəfər azərbaycanlı tapmaq olmaz ki, bu körpülərə sakit baxa bilsin. ən ölü ruhlusu da ən soyuqqanlısı da burda səksənib dayanacaq, içindən nə isə bir sızıltı keçəcək.Körpüləri ilk ziyarətimi xatırlayıram. əvvəlcə Xudafərinə baxdıq. Dağdan və qırmızı kərpicdən tikilmiş körpü səkkiz əsrdir ki, zamana və Arazın gur sellərinə sinə gərib dözür. Üstünü ot basıb...Körpünün o sahilə qovuşduğu yerdən azca aralı təpənin üstündə qəribə bir qala var:"Gözətçi qalasıdır!" --deyə körpünün bu tərəfinə söykənmiş Xudafərin kəndinin kişiləri izah edirlər:--"Dərbənddən Balakənə, ordan da Təbrizə-Azərbaycan dağlarında belə gözətçi qalaları çoxdur! biri də bax elə bizim kəndin üstündə--Diri dağdadır. O taydakı ilə əkiz qardaşa oxşayırlar!"Necə gözəl dedilər! əkiz qardaşa oxşayırlar. Qarşı sahillər də, qarşı dağlar da, üz-üzə dayanan qalalar da, o sahildən yolla ötüb keçən adamlar da...hamısı əkizdir!Bir az yuxarıdakı Sınıq körpünün bir neçə tağı uçub tökülsə də öz tikilişinə görə daha əzəmətlidir. Sütunlar sanki sualtı qayalara bitişibmı kimi görünən nəhəng dağlardan hörülüb. Nədənsə, yadıma antik me'marlığı salır bu körpü. Dağılmış tərəfdən baxanda körpünün içində mağaraya iki deşik görünür. Sən demə bu deşiklər körpünün içi ilə o başadək uzanır və onun möhkəmliyini qoruyur.Dəstədən ayrılıb bu uçuq sütunların birinin üstünə qalxıram. Gözümdə yaş gilələnir. Sonra da düşüb sudan dikələn bir qayanın üstündə otururam, ayaqlarımı dizə kimi Araz sularına salıram. Araz və onun sularında əks olunan o taylı dağlara baxıram. Su gözümü axırdır. Sanki çayyuxarı üzüb gedirəm...Haşıyə. Aradan iki il keçəndən sonra yenə körpülərə baxırdıq. Xudafərin kəndinin kişiləri: "baxın-baxın !--dedilər,--bir azdan bu " Sınıq körpü" suyun altında qalacaq ". Sonra da kənd camaatı körpüyə belə e'tinasız münasibətdən xeyli hiddətlə danışdılar. Sən demə bu yaxınlarda Araz dəryaçasının tikilişinə başlanacaq. Bənd də düz elə bu " Sınıq körpü" nün yerindən salınır.Düzü heyrətə gəldim. Tarixin alovlarından iki körpü çıxarmışıq, onun da biri Sınıq...hər ikisini də ot basıb, indi də ağına-bozuna baxmadan, ürəyimiz ağrımadan onu suyun, bəndin altında qoyuruq. Ona görə ki, burda sahillər daha çox yaxınlaşıb, bənd qısalacaq, qənaət ediləcək... Qənaət! Gör bu qəpik-quruş qənaətə xalqın nə boyda bir sərvəti qurban verilir?!Zəngilan və Qubadlı rayonları arxada qalıb. Araz da tələsir, qatar da. Lakin mən burda dayanıram.

Solda qarlı zirvələri buludlardan seçilməyən, ilğıma bürünmüş Qarabağ dağları, Kiçik Qafqaz silsilələri görünür və ana nəvaziylə məni səsləyir. əlvida, Araz! Ayrılıq, yenidən görünmək üçün!...

Yazar: Sabir Rüstəmxanlı

Mənbə: www.achiq.org


Şərhlər(0)
42 oxunma
Təbriz

Arif Babayev

Shervin
Dekabr 12, 2007 19:55

 Arif Babayev

Arif Babayev

1938-ci il fevralın 22-də Ağdamda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1963-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında işləməyə başlayıb. 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət alıb. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra - 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə düzəlib. 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Hazırda Milli Konbservatoriyanın muğam kafedrasının müdiridir. 1998-ci ildə "Şöhrət ordeni"nə layiq görülüb. Xalq artistidir.


Şərhlər(0)
76 oxunma
Musiqi

Səttar Xan

Shervin
Dekabr 12, 2007 19:46

Səttar Xan

Settar Xan

1868-ci ildə Cənubi Azərbaycanın Qaradağ vilayətinin Canəlı kəndində tacir ailəsində anadan olmuşdur.

1905-11-ci illərdə baş vermiş Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə rəhbərlik edən Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq fədailərin sevimli sərkərdəsinə çevrilir.

Şura Məclisi topa tutulduqdan sonra şahın 40 min nəfərlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılan Təbriz şəhərinə hücumundan sonra, 1908-ci ilin iyun ayında Səttər xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılır. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edilirlər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Bu döyüşdə Səttar xan və Bağır xan nümayiş etdirtikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq "Sərdari-milli" (Xalq sərkərdəsi) və "Salari-milli" (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər.

Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır. Üsyançıların bu qələbəsi Azərbaycanın başqa vilayətlərinə və bütün İrana təsir göstərir. Tehran, Qəzvin, Rəşt, İsfahan və başqa şəhərlərdə "Səttar xan" adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xan ilə Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə adları metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asilması haqqında fərman verir.

Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması Şah qüvvələrini,Çar Rusiyasıimperialist İngiltərə ni təşvişə salır. Onlar Səttar xanı ve silahdaşlarını gözdən salmaq üçün, Səttar xan və Bağır xanı silahdaşlarından,Təbrizdən ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqraminda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbriz dən çıxarılmalıdır. Bundan sonra İranın Baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı ilə Tehrana yola düşür. 1910-cu ilin aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.

Səttar xana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və Tehranın milliyətcə erməni olan və əvvələr Səttar xanının qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış, daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Səttar xanın qoşunlarına Tehrandan çıxmağa imkan verilmir. Nəhayət, aldıgı güllə yarasından 1914-cü ilin noyabr ayının 9-da Səttar xan 48 yaşında vəfat edir və Tehrannın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur. Qəbri 1924-cü ildə inqilabçılar tərəfindən təmir edilir.

1944-cü ildə 44 mütərəqqi qəzeti öz ətrafında birləşdirən "Azadlıq cəbhəsi" qəzeti tərəfindən təşkil edilmiş mitinqdə Seyid Cəfər Pişəvəri Səttar xanın qəbri üstündə nitq söyləyir. 1945-ci ildə yaranmış Azərbaycan milli hökuməti onun və Bağır xanın heykəllərini Təbriz şəhərində ucaltmış, Tebriz küçələrinə adları verilmişdir.

Səttar xanın qəhrəmanlığına, onun xalqına və azadlıq inqilabına olan sədaqətini tərrənnüm edən saysız-hesabsız şer və poemalar yazılmışdır.


Şərhlər(0)
47 oxunma
Təbriz

Muğam

Shervin
Dekabr 8, 2007 19:54

Muğam musabiqəsi Aztv'də həftənin iki gunu bizə zovq verir. Ifaçilar hamisi biri birinnən gozəl oxuyurlar Ama bu arada Təbriz'də olanlara bir ayri zovg var. Nasir Ətapur Təbrizin gənc xanəndəsi bu musabiqədə oz gozəl səsinən bizi səerməst edir.
Mən Təbrizdəki muğam musabiqəsini izləyənlərin tərəfindən ona və obiri gənc ifaçilara uğurlar arzulayiram.

Muğam(1)
80 oxunma
Musiqi

Məhəmməd Süleyman oğlu Füzuli

Shervin
Oktyabr 12, 2007 3:19

Azərbaycan ədəbiyyatı tarixində Divan ədəbiyyatının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınmaqdadır. Təxminən 1494-cü ildə anadan olmuşdur. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu mə'lumdur.

Azərbaycanda məşhur olan türkmənşəli Bayat tayfasındandır.

Bə'zi mə'lumatlara görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan HilləKərbəla kimi şəhərlərdə yaşaması Süleyman kişinin ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olmuşdur.

XI əsrdə İraqın Səlcuqlar, daha sonralar isə MonqollarTeymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu durum sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə Füzulinin həyat və yaradıcılığı ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür.

İlk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Şəxsi mütaliəsi sayəsində Orta Əsr elmləri (məntiq, tibb, nücum, riyazi və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir. "Bəngü Badə" ("Tiryək və Şərab") əsərini Şah İsmayıl Xətai'yə ithaf etməsinə, I Şah Təhmasib'ə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir. Sultan Süleyman'a bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəy'lə görüşmüş, "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır. Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir. Füzuli türk dilində lirik şerin ən gözəl nümunələrini yaratmışdır. Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvi'nin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmyaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir. Füzuli Azərbaycan ədəbiyyatı tarixində ana dilində bədii nəsrin görkəmli nümunələrini yaratmışdır. Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizam'ın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir. Füzuli Nəsimi'dən sonra ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.

Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş, orada da dəfn olunmuşdur.

Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunmuşdur ki bunlardan ibarətdir:

  • "Səhhət və Mərəz" Farsca və nəsrlə yazılıb. Alleqorik əsərdir.
  • "Rindü Zahid" Farsca və nəsrlə yazılıb. İki baxışın dialoqudur.
  • "Hədiqətüs-Süəda" (Xoşbəxtlik bağçası) Həcmcə ən böyük əsəridir. Əsər ən`ənəvi-müştərək bir mövzuda yazılmışdır.
  • "Hədisi ərbəin tərcüməsi"
  • "Mətləül e`tiqad"

    Mənbə: http://www.az.wikipedia.org


Şərhlər(1)
113 oxunma
Azərbaycan Mədəniyyəti

Rəşid Behbudov

Shervin
Oktyabr 4, 2007 22:14

Məşhur Azərbaycan xanəndə Məcid Behbudalı oğlunun oğlu olan Rəşid Behbudov, Tiflisdə 1915-ci ilin Dekabrın 12-sində anadan oldu. İfaçılıq fəaliyyeətinə 1930-cü ildə Tiflisdə başlamışdır. 1938-44-cü illərdə Yerevan filarmoniyasının solisti olmuş, həmçinin A.Spendiyarov adına Ermənistan Dövlət Opera və Balet Teatrında çıxış etmisdir. 1946-56-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-60-cı illərdə fasilələrlə M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-59-cü illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən, musiqi və estrada sənətinin balet, pantomima kimi, müxtəlif janrları üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və oranın solisti və bədii rəhbəri olmuşdur.
Zəngin çalarlı müstəsna gözəl səsə malik olan Behbudov, Azərbaycan vokal məktəbinin görkəmli nümayəndələrindən biridir. Onun ifaçılığına hisslərin təbiiliyi və dolğunluğu, səmimilik hasdır. Azərbaycan hanəndələri üçün səciyyəvi olan improvizə etmə xüsusiyyəti Behbudov yaradıcılığında özünü orijinal şəkildə göstərmişdir.
Bütün köhnə Sovet ölkeleriylə yanaşı Albaniya, Bolqarıstan, Belçika, Misir, Efiopiya, Hindistan, Çin, Finlandiya, İraq, İran, Türkiyə, Çili, Argentina v.s. ölkələrdə geniş repertuarıyla çıxış eden Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə popularlaşmasında böyük rol oynamışdır. Azərbaycan mahnıları ilə yanaşı o, 50-dən artıq xalqın mahnısını da həmin xalqın dilində ifa etmişdir.
Səhnələrin ulduzu olan Rəşid Behbudovun ulduzu 1989 ildə söndü, və xalqın sevgilisi olan lirik tenor heyata gözlerini yumdu. Fəqət ölməz sənədi yaşayır və milyonlarca insanları heyrete buraxmağa dəvam edir.


Şərhlər(0)
56 oxunma
Musiqi

Gozəl Təbrizim

Shervin
Sentyabr 30, 2007 3:49

 Təbriz indiki Iran Islam Respublikasının şimal-qərbində ən böyük şəhər. Tarixi Azərbaycan şəhəri olan Təbriz əzəmətli və qədim tarixə malikdir. Əhalisinin əksəriyyəti Azərbaycan türkcəsində danışan azərbaycanlılardan ibarətdir. (2,000,000 nəfərdən çox sakini vardır). Şəhər Eynəli dağının cənubunda, Səhənd vulkanik qalxımından şimalda yerləşir. Şərqi Azərbaycan (Azərbaycan-e-şərqi) əyalətinin mərkəzidir.

Təbriz Şah İsmayıl Xətai dövründə Səfəvi İmperiyasının paytaxtı olmuşdur. Daha sonralar Qacar sülaləsi dövründə Iran vəliəhdinin qərargah şəhəri olub.


Şərhlər(1)
88 oxunma
Təbriz


  Yazılar cəmi: 13    Sonrakı səhifə »


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com